SƏNƏ DƏ QALMAZ
Könlüm sənin əsirin, qəlbim sənindir,
yar, qəlbim
sənindir.
İnsaf eylə xoş sözlə məni gəl dindir,
yar, məni
gəl dindir.
Söylə nədir bu ədalar, bu işvə, bu naz
Gedər bir gün bu gözəllik sənə də
qalmaz.
Nəqarət:
Yalqızam, yalqız,
Yalqızam, yalqız.
Gəl məni möhnətə, oda
Salan vəfasız.
Söylə nədir bu ədalar, bu işvə, bu naz
Gedər, vallah, bu gözəllik sənə də qalmaz.
Dağlar başı dumandır, Aman Allah yar, yenə
dumandır,
Ayrılığın ölümdən mənə
yamandır, yar, mənə
yamandır.
Söylə nədir bu ədalar, bu işvə, bu naz
Gedər bir gün bu gözəllik sənə də
qalmaz!
Tofiq Quliyev mahnı bəstələmişdir.