Həyat yolu

 

 

NİGAR RƏFİBƏYLİ
(1913-1981)


Epistolyar irsi foto irsi Sesler english  ðóññêèé

Rəfibəyli Nigar Xııdadat qızı – şairə, tərcüməçi, 1934-cü ildən Yazıçılar İttifaqının üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçişi (1967), Azərbaycanın xalq şairi (1981).

1913-cü il iyunun 23-də Gəncə şəhərində cərrah-həkim ailəsində anadan olmuşdur. İbtidai təhsilini Gəncədə almış, sonra Bakı pedaqoji texnikumunu bitirmişdir (1930).

Əmək fəaliyyətinə müəllimliklə başlamış, həm də bədii yaradıcılıqla məşğul olmuşdur. Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda, fəhlə-gənclər məktəbində işləmişdir (1930-1932). Onun ilk şerləri də bu vaxtlar dövri mətbuatda çap olunur. 1931-ci ilin dekabrından Azərnəşrdə bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor kimi fəaliyyətə başlayır. Moskvada pedaqoji institutda təhsilini davam etdirir (1932-1936). Orada təhsil alarkən Bakıda ilk şerlər məcmuəsi çapdan çıxır (1934). Uşaqgəncnəşrdə bədii ədəbiyyat şöbəsində redaktor işləyir (1937-1939).

1940-cı ildən ömrünün sonunadək bütün qüvvəsini yaradıcılıq işinə həsr edir. Qardaş xalqlar ədəbiyyatından (Nəvai, Şiller, Puşkin, Lermontov, Çexov, Şevçenko, Voyniç və b.) bədii tərcümələr etməklə milli mədəniyyət xəzinəmizi zənginləşdirir. Xidmətlərinə görə «Şərəf nişanı» ordeni və medallarla təltif olunmuşdur. 1981-ci il iyulun 9-da Bakıda vəfat etmişdir.

 

 

 

 
     
 

Layihənin iştirakçıları