[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Şeirlər

 

 

QIZ QALASI


Sökürdü tikdiyini,
Duyunca Durnaxanın
saçlarının iyini,
yenidən başlayırdı,
daha coşğun həvəslə
qurşanırdı işinə.
Tişəsiylə daşları
bir-bir naxışlayırdı.
hər gün iş qurtaranda
görürdün, bər-bəzəkli
bir daşın üzərində,
qazılıb durna şəkli.
Durna da çaşdığını
görüb usta Uğurun
gülürdü uğun-uğun.
İlk baxışdan Durnanı
Uğurun gözü tutdu.
Durnanın daş qəlbində
ilk məhəbbət oyandı.
Gün keçdikcə elə bil
dərdi-qəmi unutdu.
Durnanın gözlərində
hər şey Uğura döndü:
hər tərəf Uğurlandı,
Böyük məhəbbət odu
iki ürəkdə yandı.
Fərhad-Şirin sevgisi,
buna baxsan, yalandı.
Gün keçdi, ay dolandı,
Möhtəşəm Qız qalası
Dalğalardan boylandı.
Yetmiş yeddi gün çəkdi
qalanın hörülməsi.
Qala bir hörgü oldu,
sal daşdan hər ilməsi.
Yaşılbəyimin o gün
çıxdı qara bayramı.
Şənlik aldı qoynuna
Bakıda izdihamı.
Qalanın qurtarması
böyük bir bayram oldu,
Gecəni gündüzləyən,
zülməti təmizləyən,
neçə yüz min şam oldu.
Çaldılar, çağırdılar
ta açılınca səhər.
Dəsmal alıb oynadı
bütün məclisdəkilər.
Ancaq Durna nə gülür,
Nə də bir şadlanırdı
Onun qəlbi sızlayır,
için-için yanırdı.
Görürdü bir tərəfdə
sakit dayanıb Uğur.
Görürdü ki, onu da
ağır fikirlər boğur.
Bu toy-bayram Durnaya
ayrılıqdan xəbərdi.
Acı həsrət yolunda
İncikli bir səfərdi.

Hamı çəkildi getdi,
Durna tək qaldı yenə
Yovuşmurdu o gündən
Durna saray əhlinə
Hər gün qalxır qalaya,
baxırdı Səbayelə.
Uğuru gözləyirdi
səhər şəfəqləriylə.
Uğur vədəyə sadiq
hər gün ertədən, səhər
qızıl rəngə girəndə
göy dənizdə ləpələr,
Durnasını görməyə
gəlirdi quş sayağı.
Dalğaların üstündə
islanmadan ayağı.
Daş qalanın üstündə
sevdiyini görürdü.
Durnanın məhəbbəti
Ona qanad verirdi.
Dalğaların üstüylə
yeriyirdi birbaşa.
Bir möcüzə gəlirdi
görənə bu tamaşa.
Uğur bilirdi Durna
sevir onu ürəkdən;
qanadlanırdı Uğur,
sularda yeriməkdən.
Özü də heyran idi
məhəbbətin gücünə.
Yalmandıqca ləpələr
ayağının ucuna.
Durnanın məhəbbəti
ruhlandırdıqca onu
uça-uça gəlirdi,
su üstündə yolunu.
Durna qala başından
gələn görür Uğuru,
sinəsinə sığmırdı
sevinməsi, qüruru.
Havada yelləyirdi
al ipək örpəyini,
Üstü zərif tikməli
gül-çiçək örpəyini.
Günlər keçirdi belə…
Yaşayırdı iki gənc
şirin arzu-arzuya,
xoşbəxt könül-könülə.
Durnanın sevgisindən
xəbərsizdi Xan Dəmir.
Əl-ayaq yığışanda,
kəsiləndə səs-səmir -
Çəkilib otağına
gözəl Yaşılbəyimin,
xəyallara dalırdı,
ağır fikirli, qəmgin.
Durna nə gecə yatır,
nə gündüz dincəlirdi.
Bir günlük intizarı
ona bir il gəlirdi.
Bir gün qala üstündə
görünmədi Durnaxan
Göydən qara buludlar
keçirdi karvan-karvan
Gecə çox ağlamışdı,
yorğun, incikdi Durna.
Səhər qala üstünə
Xeyli gecikdi Durna.
Uğur dəniz yoluna
piyada çıxdı yenə.
İnanmadı qalaya
baxanda, gözlərinə.