[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

GÖRÜŞ
Yed­din­ci şəkil



İnsan -

Çəmən vardı.
Quzular, göyərçinlər vardı.
Salxım-salxım yasəmən vardı.
Əkinlər, biçinlər vardı.
Lal torpağın ağrısı,
kömür daşlar,
Kül ağaclar yoxdu.
Çarhovuz başında
Gülə-gülə çiləşən
körpələr vardı.
Üfüqdən-üfüqə yayılmış kədər yoxdu.
İnsanlar, evlər, çiçəklər vardı;
altı üstünə çevrilmiş şəhər,
yaralı torpağa çökmüş zəhər yoxdu.
Bahar geyimli uşaqların
əlvan səbətində,
ağac dibində,
məktəb həyətində
göbələklər vardı.
Yerdən şığıyıb göyə qalxan
nəhəng göbələk yoxdu.
Nəğmə vardı.
İnsan səsi vardı,
həyatın nəşəsi, qüssəsi vardı.
Göz yandıran işıq,
dağları titrədən gurultu,
torpağın üfüqdən-üfüqə uzanmış
qara tabutu yoxdu.
Torpaq, cəsədlərdən doymuş kimi,
qaytarmamışdı geri
toza dönmüş binaları,
külə dönmüş sümükləri.
Nə xəyaldır bu,
nə uydurmadır.
Havanı qoxlayın!
Təşviş, nigaranlıq qoxusu gəlir.
Bir qurtum yağış için,
Fəlakət dadır.
İnsanlar!
Yer üzünün taleyi
Sizin əlinizdə,
insanlardadır!
Müharibə carçılarının dilini kəsin!
Bir olmuş cinayət,
bir də baş verməsin!

Musiqi.

İzerli - Din­ləy­in mə­ni, in­san­lar! Da­nı­şan Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rı hər­bi-ha­va qüvvə­lə­ri­nin may­o­ru Klod İzer­li­dir. Xi­ro­si­maya bom­ba atıl­ma­sı haq­qın­da əm­ri mən ver­mi­şəm. Mə­nəm bu mi­sil­siz fa­ci­ə­nin ba­i­si. Mə­ni Mil­li qə­h­rə­man, Ame­ri­ka­nın if­ti­xa­rı ad­lan­dı­rır­lar. La­kin mən ca­niy­əm. Ta­ri­xin ən böyük ca­ni­si. Mən 200 min nə­fə­ri bir an için­də öldürən qa­ti­ləm. Bur­da, Ame­ri­ka­da mə­ni al­qı­ş­lay­ır­dı­lar. An­caq mə­ni müha­ki­mə et­mək la­zım idi. Mə­ni məh­kə­məyə ver­mə­di­lər. On­da mən xır­da ci­nay­ət­lə­rə əl at­dım. Ev yar­dım, adam soy­dum. Həm də bu ci­nay­ət­lə­ri açıq-aş­kar et­dim ki, mə­ni tut­sun­lar, müha­ki­mə et­sin­lər. O za­man mən məh­kə­mə­də dey­ə­cək­dim ki, siz mə­ni nə üçün müha­ki­mə edir­si­niz? Axı mə­nim mi­sil­siz ta­ri­xi ci­nay­ə­tim qar­şı­sın­da bu xır­da oğ­ur­luq­lar, qa­rət­lər nə­dir ki? Mə­ni müha­ki­mə edin. Xi­ro­si­maya gö­rə müha­ki­mə edin, cə­za ve­rin. Mən 200 min ada­mın ömrünə qəsd et­mi­şəm. An­caq mə­ni müha­ki­mə et­mə­di­lər. Məni ru­hi xə­s­tə ad­lan­dır­dı­lar, də­li­xa­naya at­dı­lar. On­lar mə­ni din­lə­mək is­tə­mir­di­lər. On­lar bi­lir­di­lər ki, mə­nim təq­si­ri­mi tə­s­diq et­sə­lər, mə­nim gü­na­hım­dan da­ha ağ­ır olan öz günahla­rı­nı, cə­miyy­ə­tin gü­nah­la­rı­nı da boy­un­la­rı­na almalıdırlar. Xi­ro­si­ma­nın ölülə­ri mə­nim yu­xu­la­rı­ma gi­rir. Mə­ni hə­lə də də­li­xa­na­da sax­lay­ır­lar. Hər­bi-ha­va qüvvə­lə­ri ko­mandan­lığı mə­ni bur­da əbə­di sax­la­maq üçün, sə­si­mi əbə­di ba­tır­maq üçün bütün va­si­tə­lə­rə əl atır. Çox­la­rı elə bi­lir ki, mən doğ­ru­dan da də­liy­əm. On­lar elə düşünürlər ki, mən müha­ri­bəyə qar­şı eti­ra­zı­mı də­li ki­mi ifa­də edi­rəm. An­caq nə et­mə­li, on­la­rın boy­nun­da Xi­ro­si­ma ci­nay­ə­ti­nin gü­na­hı yox­dur, on­lar mə­ni ne­cə an­laya bi­lər­lər? Axı mən in­san­la­rı ne­cə ba­şa sa­lım ki, atom müha­ri­bə­si yal­nız şə­hər­lə­ri, ev­lə­ri dağ­ıt­mır, in­san­la­rı ci­s­mən qır­maq­la qur­tar­mır! Atom sağ qa­lan adam­la­rı da şi­kəst edir.
Ah… Bu gün həy­a­tı­mın ən xoş­bəxt günüdür. Ya­po­niy­a­dan mək­tub al­mı­şam. Bu mək­tu­ba 25 min xi­ro­si­ma­lı qız im­za at­mış­dır. Şüa xə­s­tə­liy­i­nə tu­tul­muş 25 min ya­pon qı­zı.
Qız sə­si - Biz bu mək­tu­bu ya­zıb si­zə tə­səl­li ver­mək is­təy­i­rik. De­mək is­təy­i­rik ki, bi­zim heç bi­ri­miz­də şəx­sən si­zə qar­şı kin və əda­vət yox­dur. Siz də bi­zim ki­mi Xi­ro­si­ma­nın qur­ba­nı­sı­nız.
İzer­li - Bə­li, elə­dir. Xi­ro­si­ma­nın 200 min qur­ba­nı var. 200 min və bir də bir nə­fər. Mən - Klod İzer­li. Həm Xi­ro­si­ma fa­ci­ə­si­nin ba­ni­si, həm də qur­ba­nı. Öz və­tə­nim­də mə­ni də­li­xa­naya sal­dı­lar. Qar­şı­sın­da mi­sil­siz gü­nah iş­lət­diy­im öl­kə­dən isə mə­nə tə­səl­li gön­də­rir­lər.
İn­san - Klod İzer­li əbə­di vic­dan əzab­la­rı­na məh­kum­dur. La­kin onun­la bir təyy­a­rə­də uçan­lar bu fa­ci­ə­ni heç vec­lə­ri­nə də al­mır­lar. Uçuş əm­ri­ni ve­rən ge­ne­ral in­di Şi­ma­li Vyet­na­mın bom­bard­ma­nı­na rəh­bər­lik edir. Atom bom­bard­ma­nı qə­ra­rı­nı qə­bul et­miş o vaxt­ki Ame­ri­ka pre­zi­den­ti Har­ri Trümen isə… za­ra­fat edir.
Müxbir - Cə­nab Trümen, bu gün si­zin yet­miş beş ya­şı­nız ta­mam olur. Xa­hiş edi­rəm, bi­zim qə­ze­tin bir su­a­lı­na ca­vab ve­rin: həy­a­tı­nız­da elə bir iş görmüsünüzmü ki, so­nra peş­man­çı­lığ­ı­nı çə­kə­si­niz?
Trümen - Aha! Su­a­lı­nız ay­dın­dır. (Düşünür.)Hə, bə­li, bə­li. Əl­bət­tə. Bir­cə onun peş­man­çı­lığ­ı­nı çə­ki­rəm ki… gec ev­lən­mi­şəm. Ha, ha, ha, 30 ya­şın­da, ha, ha, ha…
İn­san - Be­lə ağ­a­lar sə­nin qoy­nun­da atom gö­bə­lək­lə­rin­dən me­şə sal­maq is­tər­di­lər, Sə­ma. An­caq xal­q­la­rın əz­mi on­la­rın cır səs­lə­ri­ni ba­tır­mağa qa­dir­dir.
Səs­lər - Sülh! Mir! (Müxtə­lif dil­lər­də "Sülh" sözü).