[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

GÖRÜŞ
Yed­din­ci şəkil



Səma - Əsrlər boyu mənə həsrətlə, həsədlə baxırdın, İnsan! Müharibə illərində sənin gözlərində nifrət, hiddət, lənət gördüm. (Şəhərin səs-küyü, tramvay, maşın səsləri. Qəfildən hava təhlükəsi siqnalı eşidilir). Bu müdhiş səslər eşidilən kimi adamlar qaçışırdı. Onlar məndən - Səmadan qaçıb yerin altında gizlənirdi. (Bomba partlayışı). Sonra yerin üstünə çıxanda evlərini, ocaqlarını, şəhərlərini yerlə-yeksan görürdülər.
Uşaq ağlayır - Ana, ay ana, gəl elə yerə gedək ki, orda göy olmasın.
Səma - Bu sözlər məni sarsıtmışdı. Axı körpə diliylə deyilən bu sözlər neçə-neçə yaşlı adamın da qəlbindən gəlirdi. Mən insanların düşməni olmuşdum. Həyatın, torpağın qənimi kəsilmişdim. Bircə Xirosimanın sakinləri məndən razı idilər. Dünyada amansız dava gedirdi. Yaponiyanın başqa şəhərlərinə od-alov yağırdı. Lakin Xirosimanın göyləri neçə ay idi tər-təmiz­di. Şəhərə bir güllə, bir mərmi belə düşməmişdi. Xirosimalılar sevinirdilər.
İnsan - Nə biləydilər ki, Amerika komandanlığı bu şəhərin aqibətini belə dəhşətli edəcək? Amerikanlar bu şəhərə bomba yağdırmağı qadağan etmişdilər… çünki…
Ame­ri­ka ge­ne­ra­lı - De­mə­li, və­zi­fə­niz ay­dın­dır. Biz Xi­ro­si­maya bir güllə be­lə at­ma­mı­şıq. Si­zin təyy­a­rə­ni­zdən, may­or İzer­li, ilk bom­ba atı­la­caq. Biz bu tək bom­ba­nın tə­sir gücünü təy­in et­mək is­təy­i­rik. Xi­ro­si­ma bi­zim sı­naq mey­da­nı­mız­dır, çın­ki bu bom­ba si­zin bi­ldiy­i­niz köh­nə bom­ba­lar­dan dey­il­dir, may­or. Bu, ye­ni dövrün si­la­hı­dır. Bə­şə­riyy­ət ta­ri­xin­də ye­ni bir dövr açı­lır və bu dövrü aç­maq şə­rə­fi si­zə nə­sib olub, may­or Klod İzer­li. Siz və si­zin eki­paj­ı­nız tap­şı­rığı ye­ri­nə ye­ti­rib ge­ri qay­ı­dan də­qi­qə­dən ta­ri­xi şəx­siyy­ət­lər və Bir­ləş­miş Ştat­la­rın if­ti­xa­rı, mil­li qə­h­rə­man­la­rı ola­caq­sı­nız. "Eno­li Gey" ha­zır­dır, may­or. Hə­də­fi­niz Xi­ro­si­ma, Na­qa­sa­ki və Ko­ku­ru şə­hər­lə­ri­dir. Bu ta­ri­xi uçuş­da si­zə uğ­ur­lar ol­sun, may­or. Su­a­lı­nız yox­dur ki?
Klod İzer­li - Cə­nab ge­ne­ral, bir­cə su­a­lım var. Təyy­a­rə nə üçün "Eno­li Gey" ad­la­nır?
Ge­ne­ral (sen­ti­men­tal əda ilə) - May­or, Eno­li Gey mə­nim ana­mın adı­dır. Mən bu ta­ri­xi təyy­a­rəyə onun adı­nı ver­mi­şəm ki, anam da ta­ri­xə düşsün. Mən ana­mı həd­siz se­vi­rəm. O da mə­ni çox is­təy­ir. Mə­nə "də­cəl Co­num" dey­ir.
İn­san (is­teh­za ilə) - Də­cəl Co­nun əm­riy­lə 1945-ci il av­qu­s­tun 6-da atom bom­ba­lı "Eno­li Gey" təyy­a­rə­si ha­vaya qalx­dı və Xi­ro­si­ma is­ti­qa­mə­tin­də uç­du. Təyy­a­rə­nin eki­pajı dörd nəfər ame­ri­ka­lı gənc idi. Bun­lar adi hər­bi adam­lar idi. Sadədil oğ­lan­lar­dı. Öz­lə­ri­ni zəh­mə­tə sa­lıb düşünmək­lə ara­la­rı yoxdu. Ve­ri­lən əm­ri da­nı­şıq­sız ic­ra et­məyə ha­zır­dı­lar. Onların nə edə­cək­lə­ri haq­qın­da heç ağ­ıl­lı-ba­ş­lı tə­səvvürlə­ri də yox idi.
Cek - Ey, Bob, düzünü de, sən heç bi­lir­sən­mi ki, biz bu gün nə edə­cəy­ik?
Bob - Niyə bil­mi­rəm? Ne­çə il­dir uçu­ruq, bom­ba atı­rıq. Bu gün də elə.
Cek - Xeyr, əzi­zim, bugünkü işi­miz adi tap­şı­rıq dey­il. Yox­sa bütün bu hə­ng­a­mə nəyə la­zım idi? Görmürdün, ge­ne­ral özü bi­zi yo­la sa­lır­dı. Özü də lap axır də­qi­qəy­ə­cən uçu­şun vax­tı­nı, is­ti­qa­mə­ti­ni sirr ki­mi sax­lay­ır­dı­lar. Ey, may­or İzer­li, bəl­kə bi­zim nə edə­cəy­i­mi­zi siz bi­lir­si­niz?
İzer­li - Əl­bət­tə, bi­li­rəm.
Bob - On­da, bi­zə də dey­in, yox­sa Ce­kin lap bağ­rı çat­lay­ır, ha, ha… ha…
İzer­li - Xeyr. Mən hər­bi sir­ri aç­dığ­ı­ma gö­rə güllə­lən­mək is­tə­mi­rəm.
Cek - Bo­ş­lay­ın, may­or, mən, dey­ə­sən, özüm də bi­li­rəm mə­sə­lə nə yer­də­dir. Mən­cə, bi­zim bu bom­ba­mız adi bom­ba­lar­dan dey­il. O saq­qal­lı alim­lər ki, var­dı, o gün gəl­miş­di­lər ha, on­lar nə isə tə­zə bir şey düzəl­dib­lər, hə?
İzer­li (gülür) - Dey­ə­sən, tap­mı­san.
Cek - May­or, düzünü dey­in, axır vaxt­lar ha­mı atom­dan-zad­dan da­nı­şır. Bu o mə­sə­lə dey­il ki?
İzer­li - Özüdür ki, var, Cek. Diq­qət! Ya­po­niy­a­nın üzə­rin­dəy­ik.
Bob - Biz ha­zı­rıq!
İzer­li - Hə­də­fi­miz Xi­ro­si­ma, Na­qa­sa­ki və Ko­ku­ru şə­hər­lə­ri­dir.
Cek - Ko­ku­ru şə­hə­ri­nin üzə­rin­də bu­lud var. Hə­dəf görünmür.
İn­san - Sən bu­lud­la­rın­la Ko­ku­ru­nu ölümdən qo­ru­dun, xi­las et­din, Sə­ma.
Sə­ma - An­caq Xi­ro­si­may­la Na­qa­sa­ki­ni giz­lə­də bil­mə­dim.
İzer­li - Xi­ro­si­ma­nın üstü açıq­dır. Hə­dəf lap ay­dın görünür. İn­di biz ta­rix­də ilk atom bom­ba­sı­nı ata­cağ­ıq. Sən ha­zır­san­mı, Bob?
Bob - Bom­ba qiy­a­mət­dir, may­or.
İzer­li - Hə­də­fi görürsünüzmü?
Bob - Bə­li.
İzer­li - Qa­ra ey­nək­lə­ri ta­xın.
Bob - Ol­du.
İzer­li - Düz hə­də­fə doğ­ru uçu­ruq. Diq­qət! Bom­ba­nı bu­ra­xın. Aha! Aha! O, düz 40 sa­niy­ə­dən so­nra part­lay­a­caq!
Sükut. Təyy­a­rə­nin uğ­ul­tu­su və güclü sa­at tıq­qıl­tı­sı. Sa­niy­ə­lər ke­çir. Bir­dən dəh­şət­li part­lay­ış sə­si.
Cek - Bu nə­dir be­lə?
İzer­li - Aman al­lah, biz nə et­dik? Bütöv bir şə­hər yer­lə-yek­san ol­du! Bu şə­hə­rin 200 min əha­li­si var­dı. Mən heç tə­səvvür edə bil­məz­dim ki, bu be­lə dəh­şət­li şey­dir!
Sə­ma - Mən be­lə işıq gör­mə­miş­dim. Bu işıq min gü­nə­şin işı­ğın­dan güclü idi. Xi­ro­si­ma­dan qal­xan nə­hə­ng atom gö­bə­ləyi nə­fə­si­mi zə­hər­lə­di. Mən­dən tor­pağa ölüm yağ­ı­ş­la­rı yağ­mağa ba­ş­la­dı. Külək­lə­ri­min zə­hər­li nə­fə­si in­san­la­rı şi­kəst etdi.

Musiqi fonunda.