[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

GÖRÜŞ
Beşinci şəkil



Sə­ma - Ya­dım­da­dır, günlə­rin bir günündə mə­nim əng­in­lik­lə­ri­mə şa­ir qalx­dı. Sər­ni­şin ki­mi yox. O, təyy­a­rə­ni özü ida­rə edir­di. O, təyy­a­rə­çi-şa­ir idi.
İn­san - Bi­li­rəm, Sə­ma! Sən məş­hur fran­sız təyy­a­rə­çi­si və ya­zı­çı­sı An­tu­an de Sent-Ekzüpe­ri­ni dey­ir­sən.
Sə­ma - Bə­li, təyy­a­rə­si­ni yüksək­lik­lə­ri­mə qal­dı­rır, mə­ni ida­rə edir və da­im düşünür, düşünürdü. Göy­də də ye­ri, tor­pağı düşünürdü.
Ekzüpe­ri - Dünya­da heç bir ki­tab bi­zi tor­paq öy­rə­dən ki­mi öy­rə­də bil­məz. Tor­paq öz-özümüzü an­la­maq­da bi­zə kö­mək edir. Çünki o, bi­zə müqa­vi­mət gö­s­tə­rir. İn­sa­nın nəyə qa­dir ol­duğu isə yal­nız ma­ne­ə­lər­lə müba­ri­zə­də aş­kar­la­nır. Sə­ma da be­lə­dir. İlk ge­cə uçu­şu­mu heç vaxt unut­ma­ram. Zülmət ge­cə. Aşağ­ı­da, tor­pa­ğın üstündə tən­ha ul­duz­lar ki­mi tək-tək işıq­lar say­rı­şır. Mən bu işıq­la­ra ba­xır və düşünürəm: bu­dur, bax, bu işığ­ın gəl­diyi yer­də, bu ocağ­ın ba­şın­da müta­liə edir, düşünür, da­nı­şır­lar. Bəl­kə bax, bu bi­ri işıq gə­lən ev­də ka­i­na­tın sir­lə­ri­ni öy­rən­məyə ça­lı­şır­lar. Bəl­kə, bax, o ev­də isə, bu an se­vi­nir­lər. Ova­lıq boyu düzülmüş işıq­lar bir-bi­rin­dən çox ara­lı­dır. Kaş bi­zim ha­mı­mız - bütün in­san­lar, bütün çı­raq yan­dı­ran in­san­lar, yer­də ya­şay­an­lar, göy­də uçan­lar - ha­mı­mız bir-bi­ri­mi­zə dost əli uza­day­dıq!..

Hərb, müharibə mu­si­qi­si.

İn­san - Al­man fa­şiz­mi Ekzüpe­ri­nin gö­zəl və­tə­ni Fran­sa­nı işğ­al et­di. Fran­sa­nın ha­kim da­i­rə­lə­ri­nin xəy­a­nət və sat­qın­lığı nə­ti­cə­sin­də böyük bir öl­kə qəsbkar­la­ra la­zı­mi müqa­vi­mət gö­s­tə­rə bil­mə­di. La­kin Fran­sa­nın əsil və­tən­pər­vər­lə­ri, qey­rət­li oğ­ul­la­rı və qız­la­rı bu bi­a­bır­çı­lığa dö­zə bil­mir­di­lər. On­la­rın qəl­bin­də Mar­sely­o­za­nın sə­da­la­rı səs­lə­nir, azad­lıq alo­vu qığ­ıl­cım­la­nır­dı. An­tu­an de Sent-Ekzüpe­ri də on­la­rın için­də idi.
Ekzüpe­ri - Biz ge­cəyə, uzun zülmət ge­cəyə qərq ol­mu­şuq. Bəl­kə də har­da­sa sa­bah açı­lır. An­caq mə­nim və­tə­nim­də ge­cə­dir. Fran­sa­nı xi­las et­mək üçün han­sı va­si­tə­lə­rə əl at­maq la­zım­dır? Bu məğ­lu­biyy­ə­tin mə­su­liyy­ə­ti ha­mı­mı­zın üstünə düşür, bu ağ­ır yükü ha­mı­mız da­şı­ma­lıy­ıq. Doğ­ma yur­du­mu­zun tor­pağı məh­bə­sə sa­lı­nıb.
Sə­ma - Fran­sa­nın yal­nız tor­pağı dey­il, sə­ma­sı da məh­bə­sə çe­v­ril­miş­di. Fran­sa tor­pağ­ı­nı ka­bus ki­mi do­la­şan xaç kö­lg­ə­lər ha­va­da­kı qan­lı fa­şist təyy­a­rə­lə­ri­nin kö­lg­ə­lə­ri idi.
Ekzüpe­ri - Fran­sa tor­pağ­ı­nı mən­hus kö­lg­ə­lər­dən, Fran­sa sə­ma­sı­nı qan­lı xaç təyy­a­rə­lər­dən azad et­mə­liy­ik!
İn­san - Ekzüpe­ri bu amal­la ya­şay­ır­dı. An­caq o, göy­lər oğ­lu sə­nə hə­s­rət qal­mış­dı, Sə­ma!
Ge­ne­ral - May­or de Sent-Ekzüpe­ri, mən si­zə de­mi­şəm, bir da­ha tə­k­rar edi­rəm. Ya­şı­nı­za və səh­hə­ti­ni­zə gö­rə hə­kim­lər si­zə təy­ya­rə sürməyi qə­ti qa­dağ­an edib­lər.
Ekzüpe­ri - Mən hə­lə qo­ca dey­i­ləm, ge­ne­ral, səh­hə­tim­dən də na­ra­hat ol­may­ın. Fran­sa­nın ta­leyi həll olu­nan bir za­man­da mən fəa­­liyy­ət­siz qa­la bil­mə­rəm, ba­şa düşün. İşıq­la zülmət ara­sın­da, in­san ləy­a­qə­tiy­lə vəh­şi­lik, azğ­ın­lıq ara­sın­da da­va ge­dir. Mən bu da­va­da müşa­hi­də­çi yox, iş­ti­rak­çı ol­maq is­təy­i­rəm. Bu da­va­da mə­nim səng­ə­rim göy­də­dir.
Ge­ne­ral - Mə­ni an­lay­ın, An­tu­an, mən si­zin­lə ta­be­liy­im­də olan bir za­bit ki­mi yox, bir dost ki­mi da­nış­maq is­təy­i­rəm. Ba­şa düşün. Bi­zim təyy­a­rə­çi­lə­ri­miz çox­dur, la­kin de Sent-Ekzüpe­ri bir­cə nə­fər­dir. Biz si­zin həy­a­tı­nı­zı təhlükəyə sa­la bil­mə­rik, siz təyy­a­rə­çi ol­maq­dan da­ha ar­tıq bi­zim mil­li if­ti­xa­rı­mız, Fran­sa­nın böyük ədi­bi­si­niz.
Ekzüpe­ri - Mən ya­zı­çı və təyy­a­rə­çi ol­maq­dan da­ha qa­baq fran­sı­zam. Fran­sa ya­ra­lı­dır. Mən onun ya­ra­la­rı­nı yal­nız ha­va­da sa­rıya bi­lə­rəm. Mə­nim iş ye­rim Sə­ma­dır. İn­di mə­nim ya­zı ma­sam da göy­də­dir, sə­ng­ə­rim də. Ge­ne­ral, siz mə­nə dost ki­mi müra­ci­ət et­di­niz, mən də siz­dən dost ki­mi xa­hiş edi­rəm. İzin ve­rin, uçum.
Ge­ne­ral (təm­kin­lə) - An­tu­an, mən qa­nun­suz hə­rə­kət edi­rəm, an­caq siz­dən də ke­çə bil­mi­rəm. Mən si­zə şəx­si hə­diyyə ola­raq beş uçu­şa ica­zə ve­ri­rəm. Beş uçuş! Vəs­sa­lam! Ekzüpe­ri - Çox sağ olun, ge­ne­ral!
Təyy­a­rə­nin uğ­ul­tu­su.
Ekzüpe­ri - Mə­nim ge­ne­ra­lım, mən ye­nə də göy­dəy­əm. Bu, si­zin mə­nə hə­diyyə ver­diy­i­niz beş uçuş­dan bi­ri­dir. Mə­nim təyy­a­rəm "P-3" gö­zəl ma­şın­dır. 20 ya­şım ta­mam olar­kən be­lə bir ma­şı­nı mə­nə hə­diyyə ver­səy­di­lər, ən xoş­bəxt adam olar­dım. An­caq in­di mə­nim 43 ya­şım var, dünya­nın bütün öl­kə­lə­ri­nin göy­lə­rin­də 6000 sa­at­dan ar­tıq uç­mu­şam və in­di təyy­a­rə sürmək mə­nə nə xüsu­si fə­rəh gə­ti­rir, nə xüsu­si bir se­vinc. Mən bu gün, təyy­a­rə­çi üçün be­lə qo­ca bir sinn­də ikən göyə qal­xı­ram­sa, ləz­zət və zövq al­maq üçün qalx­mı­ram. Mən öz bor­cu­mu ver­mək is­təy­i­rəm. Bi­zim nəs­lin hə­y­a­tı­nı zə­hər­ləy­ən bir qüvvəyə qar­şı müba­ri­zə­dən yay­ın­ma­maq üçün qal­xı­ram. Ah, ge­ne­ral! Dünya­da yal­nız bir pro­blem, bir­cə pro­blem var. İn­san­la­ra mə­nə­vi var­lığı, ru­hi eh­tiy­a­cı qay­tar­maq pro­ble­mi! Ar­tıq "soy­u­du­cu­lar­la", siy­a­sət­lə, kross­vord­lar­la ya­şa­maq mümkün dey­il. Po­eziy­a­sız, rə­ng­lər­siz, mə­həb­bət­siz ya­şa­maq mümkün dey­il. Qə­dim bir xalq mah­nı­sı­nı din­ləy­ər­kən an­lay­ır­san ki, biz ha­ra­dan ha­raya yu­var­la­nıb düşmüşük. Biz müha­ri­bə­də qa­lib gə­lə bi­lə­rik. An­caq gə­lə­cək­də bi­zi nə göz­ləy­ir? Al­man pro­bleı­mi həll olun­duq­dan so­nra əsil pro­blem­lər mey­da­na çı­xa­caq. Biz ha­ra ge­di­rik? İn­san nə­lə­ri hifz edə bi­lə­cək? Tən­ha­lıq gir­da­bın­dan ne­cə xi­las ola­caq? Han­sı amal­la çar­pı­şa­caq, han­sı məq­səd­lə, han­sı məs­lək­lə ya­şay­a­caq? Sə­h­ra in­sa­nın için­də­dir. Tu­ta­lım ki, biz azad ol­duq, bu nə azad­lıq­dır? Elə bil əli­mi­zi, ay­ağ­ı­mı­zı kə­sib atıb­lar, so­nra da əmr edib­lər ki, qa­çın. Biz sürüyə çe­v­ri­li­rik. Be­lə hə­ya­ta ni­frət edi­rəm. Ame­ri­ka ha­ra ge­dir? Biz ha­ra ge­di­rik? Qoy mə­ni da­va­da öldürsünlər, mən qorx­mu­ram, ge­ne­ral, an­caq mə­nim sev­dik­lə­rim hifz olu­na­caq­mı? Mən yal­nız in­san­la­rı dey­il, on­la­rın adət­lə­ri­ni, tə­k­rar­sız­lığ­ı­nı da nə­zər­də tu­tu­ram. Sa­də bir əy­a­lət fer­ma­sın­da na­ha­rı da düşünürəm, Hen­de­lin mu­si­qi­si­ni də. Qoy mə­ni da­va­da öldürsünlər, nə qəm, an­caq in­di mən bu qəs­sab­xa­na­dan sa­la­mat qur­tar­sam, qar­şım­da yal­nız bir pro­blem, tək bir­cə pro­blem du­ra­caq; in­san­la­ra nə de­mək la­zım­dır, nə?
Sə­ma - İnsan, onun sənə, insanlara deməyə çox sözü vardı.
İnsan - Ancaq sən onu neylədin, Səma? 44-cü il iyulun 31-də o, yenə sənin qoynuna qalxdı. Hava meydanına toplaşmış dostları uzun zaman Antuanın təyyarəsini izlədilər. Təyyarə uzaqlaşıb kiçildi, üfüqdə itdi. Sent-Ekzüperi növbəti döyüş uçuşuna getmişdi. Saat 12-də qayıtmalı idi.

Təyyarənin uğultusu, musiqi.

İnsan - Saat 11-50-də dostlar hava meydanına toplaşdılar, onlar Antuanın qayıtmasını gözləyirdilər. Saat 12 tamamdı.
1-ci təyyarəçi (zarafatla) - Deyəsən, Antuan yolu azıb.
2-ci təyyarəçi (zarafatla) - Qoca kişidir, bəlkə onu yuxu basıb.
1-ci təyyarəçi (zarafatla) - Yəqin əsər yazır, başı qarışıb.
İnsan - Onlar zarafatlaşırdılar. Nigarançılıqlarını gizlətmək üçün zarafatlaşırdılar.
1-ci təyyarəçi - 12-30-dur. Qayıtmaq vaxtından yarım saat keçib.
2-ci təyyarəçi - Müşahidə məntəqəsinə bir də sorğu göndərin!
Səs - Allo! Müşahidə məntəqəsidir. Yox, hələ heç bir xəbər yoxdur.

Həyəcanlı səslər.

1-ci təyyarəçi (fikirli) - Təyyarənin yanacaq ehtiyatı beş saatlıqdır.
2-ci təyyarəçi (fikirli) - Demək, saat 13-ə qədər gəlməsə…
1-ci təyyarəçi - Saat 13-ə beş dəqiqə qalıb
2-ci təyyarəçi - Allo! Müşahidə məntəqəsi!
Səs - Allo! Müşahidə məntəqəsidir. Heç bir xəbər yoxdur.
2-ci təyyarəçi (ağır-ağır) - Saat 13-dür.
1-ci təyyarəçi (kədərlə) - Hər şey bitdi.

Matəm mu­si­qi­si.

İn­san - Onu ney­lə­din, Sə­ma? Do­st­la­rı, İn­san­lar, Tor­paq An­tu­an de Sent-Ekzüpe­ri­ni bir da­ha gör­mə­di­lər. O, sən­dən qay­ıt­ma­dı, Sə­ma. Onu ney­lə­din? Sə­ma - O dey­ir­di ki, mə­nim sə­ng­ə­rim Sə­ma­da­dır. Onun mə­za­rı da mə­nim qoy­num ol­du.