[an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive] [an error occurred while processing this directive]

Pyeslər

 

 

VƏFA
Üçüncü şəkil



Minnətov - Əlac yoxdur… Sonra…
Vəzir - Nə sonra?
Minnətov - Sonrası budur ki, söz gedib prokurora çatıb.
Vəzir - O yubkalı prokurora? O, Cəfadı, Səfadı, nə xanımdı?
M.Pomoşnik - Yaxşı dedin, vallahi, lap Cəfa xanımdı, Cəfa xanım. Mağıl əvvəlki prokuror bir söz başadüşən, insan adamdı.
Minnətov - Bəli, gəldi-gəlmədi, başımıza əngəl oldu. Bircə əlac var.
Vəzir - Nədi?
Minnətov - Muğan müəllimi tanıyırsan da?
Vəzir - Vəsfiyyə xanımın qonşusu?
Minnətov - Bəli.
Vəzir - Niyə tanımıram?!
Minnətov - Onu bura çağırmışam. Vəfaya ancaq o təsir eləyə bilər. Vəfa onun sözündən çıxmaz.
Vəzir - Heç ağlım bir şey kəsmir. O müəllim çox tərs adamdır.
Minnətov - Baxma, yerdən göyəcən narazı adamdı, yola gələr.
M.Pomoşnik - Balağa, sən onu yaxşı tanımırsan, onun narazılığı sən deyəndən deyil.
Vəzir - Yaxşı, indi o, bura gələcək?
Minnətov - Gələcək. Odur ki, deyirəm bu Alla xanımı, Şeyda xanımı nahaq çağırmısan. Gərək onlara birtəhər çəkək.
Vəzir - Sən öləsən, genə Şeytanı sən birtəhər razı sala bilərsən. Ancaq mən Allahın qabağında dura bilmərəm. Qaşını çatıb, deyəcək "gəlirəm, vəssalam".
M.Pomoşnik - Doğrudan da, kişinin qızı allahdır, allah…
Vəzir - Mirzə, deyəsən, qanın cuşa gəlib?
M.Pomoşnik - Buna qan neyləsin, ay rəhmətlik oğlu! Pambığı qoyursan odun yanına, deyirsən, alışma.
Minnətov - Vəzir, bir zəng elə deynən baş tutmadı, iclasımız var.
Vəzir - Sən öləsən, inanan kafir deyil, bilir ki, mənim zəhləm iclasdan gedir. Üç ildir mestkom məni bir dəfə iclasa apara bilməyib…
Minnətov - Bəs necə olsun?
Vəzir - Özün zəng elə.
Minnətov (dəstəyi götürür) - Qəzəbə keçməsək yaxşıdır. Kimdir? Mənəm danışan, məzlum bəndədir. Allah da yanındadır? Baksovetdən danışıram. Qurban olum, incimə. Balağanın canı üçün əvəzini çıxar. Can, qız deyil, qızıl parçasıdır (Kənara, guya onlara deyir). Bu saat gəlirəm, başlayırıq. Nu, da incimirsən ki? Baş üstə! (Dəstəyi asır). Anamız namaz üstə imiş, yüngül keçdi.
Vəzir - Sən qurtardın, ancaq mən Allahın qəzəbinə keçəcəyəm. (Telefon zəng çalır). Sən öləsən, o olmalıdır. Tülküdən bicdi, o köpək qızı. Mirzə, buyur. İndi meydan sənindir.
M.Pomoşnik (dəstəyi götürüb əsnəyir) - Kimdi? Gəlməyib, yox. Mənə nə düşüb yalan deyəm? Heç səhərdən gəlməyib. Necə sənə and içim?
Vəzir - And iç, and iç, babalı mənim boynuma, deynən allah haqqı.
M.Pomoşnik - Allah haqqı, doğru deyirəm. Necə? Mənə qənim olarsan? Başına dönüm, mənə niyə qənim olursan, bir çətən külfətim var, müqəssirə qənim ol da!
Minnətov - Mirzə, gödək elə! Əsnə! Əsnə!
M.Pomoşnik (əsnəyir). - Neyləyim, tək olanda adamı yuxu basır da, yox, yox, bu saat gedirəm. İdarədə kağız-kuğuz var, onları sahmanlayacağam. Sağ ol, sağ ol. (Dəstəyi asır).
Vəzir - Deyəsən, sovuşdu.
Minnətov - Sovuşdu… Mirzə, aman günüdür, bircə düzəlt. O zəhrimarları məhv eləyək.
Vəzir - Sənin əziz canın üçün, bu Alla xanım srağagün elə bir iş düzəltdi, heç fələk də düzəldə bilməzdi. Kişinin oğlu diri-gözlü gedirdi fronta; qurtardı da…
Minnətov - Hələ Şeydanı demirsən, od-alovdur, zalım oğlunun qızı. Ay Mirzə, ver gəlsin. Sağ olsun maskirovka çıxardan, otur evdə xudmani.
M.Pomoşnik - Gecə qara, cücə qara (Arağı stolun üstə qoyur). Əla sortdur.
Vəzir - Elə bizim özümüz də əla sortdanıq, ay Mirzə!
M.Pomoşnik - Xəlvət ola, mey ola,
Kaman ola, ney ola,
Qurasan xoş məclisi,
Süfrə dolu şey ola.
Gecə qara, cücə qara,
Necə qara, necə qara
Tökəsən al şərabı,
Eyləyəsən savabı,
Bağlayasan kitabı,
Hərif içib key ola.
Gecə qara, cücə qara,
Necə qara, necə qara.

Vəzir - Beş gün dünyadı, kim bilir ki, kim qazana, kim yeyə; əbləh odu, bu dünyada qəm yeyə…
Minnətov - Bax, bunu içək bizim cəbhədəki qardaşlarımızın sağlığına, qoy olar vuruşsun, biz də kef çəkək…
Vəzir - Sağ olsunlar. Doğrudan da, sağ olsunlar, qoy vuruşsunlar. Düzü, heç bu nemes köpək uşağının irəliləməsi məni açmır. Əşi, necə olsa, iyirmi ildir dolanırıq, yaşamağın yolunu tapmışıq, kim bilir, gəlsələr, nə qayda qoyacaqlar…
Minnətov - Onu doğru deyirsən, ancaq müharibənin qurtarmağı da bizə sərfə deyil. Şükür allaha, bu bolluğu harda tapacaqsan? Əvvəllər mən də elə bilirdim tez qurtaracaq. Ev kirəsini də vermirdim. Bir ay, beş ay, sonra elə oldu, özüm tələyə düşdüm, getdim cəbhəyə… Mən cəbhədə olanda… eh…