Qara Qarayevlə Rəsul Rza çoxdan dost
idilər. Bir sənətkar kimi onların yaradıcılıq
orijinallığında da, sənətə münasibətlərində
də, dünyagörüşlərində də
yaxın cəhətlər çox idi. Qara Rəsuldan
səkkiz yaş cavan olsa da, onlarınkı tuturdu.
Bu da maraqlı idi ki, o, ilk irihəcmli vokal-simfonik
əsərinin — "Könül mahnısı" adlı
xor, simfonik orkestr və rəqs ansamblı üçün
kantatasını Rəsul Rzanın sözlərinə
yazmışdı.
Altmışıncı illərdə
Rəsul müəllim Azərbaycan Sovet Ensiklopediyası
baş redaksiyasının rəhbəri idi, mən
— "Ədəbiyyat və incəsənət' qəzetinin
baş redaktoru, işlə əlaqədar herdən
görüşürdük, ya mən ensiklopediya
idarəsinə, Rəsul müəllimin yanına
gəlirdim, ya da o bizim redaksiyaya gəlirdi. Onu da
deyim ki Rəsul müəllimin redaksiyaya hər gəlişi
əməkdaşlar arasında xoş əhvall-ruhiyyə
yaradırdı. Adil Babayev, Qabil, Emin Mahmudov, İsa
İsmayılzadə və başqaları Rəsul
müəllimin başına toplaşır, onun
söhbətlərinə qulaq asırdıq.
Onda Qara Qarayevin kamera orkestri üçün
"Üçüncü simfoniya"sı Moskvada təzə
ifa olunmuşdu. Bu əsər musiqiçilər və
geniş bədii ictimaiyyət arasında böyük
maraq doğurmuşdu. Qəzet və jurnallarda çıxan
meqalelərdə ondan bəhs olunur, yığıncaqlarda
ondan danışılırdı. Böyük əksəriyyətin
fikri bu idi ki, Üçüncü simfoniya müasir
dünya simfonik musiqisində yeni bir mərhələdir.
Bu əsər Qara Qarayevin yeni, böyük yaradıcılıq
uğurudur. Onu da xatırladım ki, "Üçüncü
simfoniya"nın yazılışındakı mürəkkəblikdən,
bəstəkarın yeniliklərin-dən, "həddindən
artıq" texnikaya uymasından və əsərin
ifa üçün çətin olmasından narazılıq
eləyənlər də vardı. Xoşbəxtlikdən
belələri az idi.
Rəsul Rza Üçüncü simfoniyanın
çox sevirdi. Və onu milli musiqimizin incilərindən
biri hesab edirdi. Fəxr edirdi ki, onun bəstəkar
dostu belə bir misilsiz sənət əsəri yaradıb.
1967-ci ildə Azərbaycan musiqi ictimaiyyəti
"Üçüncü simfoniya"nı Lenin mükafatına
təqdim eləmişdi. Biz redaksiyada bu münasibətlə
qəzetdə sənət adamlarının rəylərini
verməyi qərara almışdıq. Rəsul Rza
özü bizim təklifimizi gözləmədən
əsər haqqında təəssüratını
yazıb gətirmişdi. Məqalə "Musiqimizin
prinsipial qələbəsi" adlanırdı. Müəllif
ikisəhifəlık yazıda Qaranın sənətini
özünəməxsus lakonik tərzdə dərindən
təhlil eləyir, yaradıcılığının
dürüst qiymətini verirdi.
O gün Rəsul müəllim Qaradan
geniş ürəklə, iftixar hissi ilə çox
danışdı. Onunla dostluqlarının otuz ile
yaxın tarixi olduğunu söylədi. Və 1938-ci
ildə Qara ilə "Könül mahnısı" kanlatası
üzərində necə işləmələrini
xatırladı.
— Onda məni filarmoniyaya təzəcə
direktor qoymuşdular, — dedi
— 1938-ci ilin aprelində Moskvada Azərbaycan
ədəbiyyatı və incəsənəti ongünlüyü
keçiriləcekdi. Bərk hazırlıq gedirdi.
Ongünlüyün yekun konsertində ifa olunmaq üçün
təntənəli bir kantata yazmağı Qara ilə
mənə tapşırmışdılar. Qaranın
iyirmi yaşı vardı. Bakı konservatoriyasının
tələbəsi idi. Hələ Moskvaya oxumağa
getməmişdi. Üzeyir bəyin sinfində də
Azərbaycan xalq musiqisinin əsaslarını öyrənirdi,
həm də, konservatoriyanın nəzrində olan
Bülbülün rəhbərlik elədiyi elmi-tədqiqat
musiqi folkloru kabinetinin işində iştirak edirdi.
Xalq musiqisine, aşıq sənətinə. aşıq
havalarına dərin maraq göstərirdi. Yayda xalq
musiqisini toplamaq üçün Şəkiye gedən
ekspedisiyaya rəhbərlik eləmişdi. Hələ
də o seferin təsiri altında idi. Xeyli xalq mahnısı,
aşıq havası yazıb gətirmişdi. Qara
Üzeyir Hacıbəyovun əsərlerində xalq
musiqisindən, muğamlardan ustalıqla istifadə
etməsindən heyrətlə danışırdı.
"Koroğlu" operasnın musiqisinə heyran idi. Deyirdi
ki, kim milli opera yazmaq istəyirsə, Üzeyir Hacıbəyovdan
çox şey öyrənə bilər. Onun yaradıcılığı
gənc bəstəkarlar üçün böyük
məktəbdir. Xalq musiqisindən necə bəhrələnmək
məktəbi, milli mədəniyyətə dərindən
yiyələnmək məktəbi.
Qara Qarayev kantata üzərində həvəslə
işləyirdi. Şəkidən ekspedisiya vaxtı
yazıb gətirdiyi aşıq havalarından, xalq
musiqisi nümunələrindən istifadə edirdi.
Deyirdi ki, "Koroğlu" operasında Üzeyir bəy
simfonik orkestrin heyətinə tar əlavə eləyib.
Bu da orkestrin Azərbaycan musiqisinin ifası zamanı
daha gözəl və dolğun səslənməsini
xeyli yaxşlışdırır, Mən də
"Könülmahnısı"nın partiturasına
tar salmışam. Kantata ongünlüyün yekun
konsertində ifa olundu. Dinləyicilər, mütəxəssislər
onu hərarətlə qarşıladılar. Mərkəzi
mətbuat "Könül mahnısı"nı yüksək
qiymətləndirdi. Qaranın Moskvadakı bu uğuru
məni çox sevindirdi. İlk tanışlığımızdan
mən bu qənaətə gəldim ki, Qara Qarayevin
şəxsində Azərbaycan musiqisinə, Azərbaycan
medəniyyətinə böyük bir sənətkar
gəlib, o, ciddi və dərin zəkaya malik bir
insandır. Qara ilə bir yerdə olmaq, onıınla
yaradıcılıq əməkdaşlığı
eləmək adama ləzzət verir. Hiss eləyirsən
ki, səninlə ünsiyyətdə olan böyük
sənət eşqi ilə yanan senətkardır.
Qara tapdanmış yolla getməyi, başqasının
haçansa, hansı əsərindəsə dediyini
təkrar eləməyi xoşlamır. Hər dəfə
yeni əsərində dinləyiciyə nəsə
təzə bir söz deməyi, bədii təfəkkürün
yeni bir aləmini açmağı qarşısına
məqsəd qoyur. Buna görə də bir əsəri
o birinə oxşamır. Qaranın əsərləri
təkcə Azərbaycan musiqisini yox, ümumsovet,
eləcə də dünya musiqisini zənginləşdirir.
Bu musiqiyə qulaq asanda uzun zaman təsiri altında
olursan. Həyat haqqında, bəşərin taleyi
haqqında düşünməyə başlayırsan.
Əsl sənətin, ulu sənətkarın adi
yaradıcılardan fərqi bundadır...
0 gün Rəsul müəllim Qaradan
çox danışdı. Biz ona diqqətlə qulaq
asdıqca dərk eləyirdik ki, böyük şair
öz müasiri, yaxın dostunun yaradıcılığını
müntəzəm izləyir və mükəmməl
bilir.
Öz mədəniyyət tariximizdən,
başqa xalqların mədəniyyət tarixindən
bilirik ki, müxtəlif dövrlərdə eyni vaxtda
yaşayıb-yaradan görkəmli rəssamlar, yazıçılar,
bəstəkarlar, artistlər yaxın dost olublar.
Və bu dostluq həmin sənətkarların həyatında,
həm də bədii fikir tarixində dərin iz
qoymuşdur. Mən Qara Qarayevlə Rəsul Rzanın
dostluğunu belə dostluqlardan hesab edirəm.
1970-ci ildə Rəsul Rzanın anadan
olmasının altmış illiyini qeyd eləməyə
hazırlaşırdıq. "Ədəbiyyat və
incəsənət" qəzeti də bu münasibətlə
bir sıra məqalə verməyi planlaşdırmışdı.
Məqalə yazacaq müəlliflərin siyahısında
Q.Qarayevin adı yox idi. O günlərdə katibə
gəlib dedi ki, Qara Qarayev zəng çalıb sizi
istəyir. Mən dəstəyi qaldırıb hay
verdim. O salamlaşıb dedi:
— Rəsul haqqında balaca bir məqalə
yazmışam. Yəqin ki, onun altmış illiyini
qeyd edəcəksiniz. Əgər istəsəniz
onu sizə göndərə bilərəın.
Dedim:
— Qara müəllim, istəmək nədir,
xahiş edirik. O məqaləni bizə versəniz
sizə minnətdar olarıq.
İki səhifə yarımlıq bu
məqalə "Polifonik poeziya" adlanırdı. Məqalənin
adından bilinirdi ki, onu musiqiçi yazıb. Qara
yazısına məhz belə ad qoymalı idi. Bu
başlıq, yəni "Polifonik poeziya" Rəsul Rza
poeziyasının mahiyyətini çox doğru ifadə
edirdi. Qara, məqalədə Rəsul ilə dostluqlarının
tarixindən, şairin sözlərinə yazdığı
"Kömül mahnısı" kantatasını, "Lenin”
plakat oratoriyasının yaranması və hər
iki əsərin uğurunda Rəsulun da payı olmasının
səmimiyyətlə etiraf edir, onun yaradıcılığını
yüksək qiymətləndirirdi.
Qaranın bu məqaləsini oxuya-oxuya
Rəsulun hələ üç il əvvəl "Üçüncü
simfoniya" haqqında "Musiqimizin prinsipial qələbəsi"
məqaləsini xatırlayırdım. Şairlə
bəstəkar bir-birinin yaradıcılığını
necə də dərindən duyur, başa düşür,
qədirqiymətini bilirdi. Hər iki sənətkar
əllərinə qə-ləm aldığı
gündən ömürlərinin axınına
kimi rahat durmur, daim axtarışlar aparır, hərəsi
öz sahəsində — Rəsul poeziyada, Qara musiqidə
yeni söz demək, sənətin əlçatmaz
zirvələrinə yeni cığırlar açmaq
eşqi ilə yanırdı. Qaranın bu qanadlı
sözlərini onların hər ikisinə aid eləmək
olar. "Sənətkarları gəmilərə bənzətmək
olar: bəziləri geniş, intəhasız, qasırğalı,
nəhəng işə — yeni dənizlərə
sarı üz tutub gedir, o biriləri isə qasırğa
və təhlükədən uzaq olan bir limanda lövler
salıb dururlar".
"Polifonik poeziya" məqaləsi "Ədəbiyyat
və incəsənət" qəzetinin 1970-ci il, 14
iyul tarixli nömrəsində Rəsul Rzanın
yubileyinə həsr edilmiş səhifələrdə
dərc olundu. Bu da əlamətdar idi ki, Azərbaycan
mədəniyyətinin başqa bir böyük sənətkarı
— rəssam Tahir Salahov sevimli şairin altmış
illiyinə bizim qəzet üçün şəklini
çəkib göndərmişdi. Portret qəzetin
birinci səhifəsini başa-baş tutdu. Tahir Salahov
yaradıcılıq üslubu ilə Rəsul Rzanın
poeziyasına və Qara Qarayevin musiqisinə çox
yaxın sənətkardır. O, 1960-cı ildə
Qaranın bir çox ölkələrin sərgi
salonunda uğurla nümayiş etdirilmiş məşhur
portretini yaratmışdı. Və o vaxt Rəsul
Rzanın portreti üzərində işləyirdi
(onu 1971-ci ildə tamamladı). İlhamla çəkilmiş
hər iki portret müasir dünya rəngkarlıq
sənətinin gözəl əsərlərindəndir.
Rəsul Rza 1981-ci ildə aprelin 1-də
qəflətən vəfat elədi. Eşitdiyimə
görə, bu acı xəbər xəstə yatağında
olan Qaranı bərk sarsıtmışdı. O,
ürəkağrısı ilə Bakıya belə
bir teleqram göndərmişdi: "Şərq xalqlarının
parlaq poeziya ulduzu söndü. Boyük şairin
və insanın böyük, xeyirxah ürəyi
susdu. Azərbaycan xalqının -mədəniyyətinə
əlacolunmaz ilgi üz verdi, onun dostları yetim
qaldı. Əlvida, Rasul! Əlvida! Əlvida!.. "