Xatirələr

 


Rəsul Rza və müasirləri


Maarif Teymur “Nizamidə insaf yoxdur ki, yazıb, yaza bildikcə...”

Bu cümləni oxuduqda xalq şairimiz Rəsul Rzanın Azərbaycan ədəbiyyatındakı yeri bir daha görünür. İki səhifəlik məktubunda klassik şəxsiyyətlərimizdən tutmuş, yaşam illərinə qədərki fəaliyyətini ziyalı dostu, Azərbaycanın ilk fılosoflarından olan H.Hüseynova şirin bir dillə çatdırmağının heyranı olduq. Bu kiçicik tarixi ınəktubda eyhamla həm Moskvanın soyuq qannı, həm həmkarı Cəfər Xəndana zarafatını, həm də klassik irsimizin öyrənilib millətə çaldırılmasında gecikdiyimizi bildirir. Məktub o qədər canlı yazılmışdır ki, sanki bugünkü oxucu, onların irsinə az-çox bələd olanlar hər iki şəxsiyyətin canlı danışığını eşidirlər. "Nə gülürsən!" "Deyirsən şairliyi tutub", "Belədir də hərdən bir şairliyim tutur" və s. Bu dialoq Moskvadan Bakıya yazılıb... Nizaminin böyüklüyünü Rəsul müəllimin özünəməxsus ştrixlə dostu Heydər Hüseynova bildirməsi də yüksek milli ideyadan irəli gəlir. Yaxşı olar ki, məktubu olduğu kimi oxucular oxusunlar.


Heydər salam!
Məktubum smi təəccübləndirəcək. Mən Moskvanın yaxınlığında (Belorussko Baltiyska jel doroqi stansia Doroxova 11/0 staro Rııza, dom pisateley) işləmayə gəlmişəm. Özümlə Nizaminin arxayın vaxtda telefon, iclas olmayan bir zamanda yazdığı "Xosrov və Şiri”i gətirmişəm ki, yavaş-yavaş tərcümə edim getsin. İndi Nizami ilə birlikdə (tarixin ecazına bax!) Mayakovskini də tərcümə edirəm. Sənin lüğətini gətirmişəm. Baxıdım, sən yadıma düşdün, götürüb bu kağızı yazdım. Bu tərcümələr, Heydər, məni lap təngə gətirib. Özümün beş-altı tsrcüməm var, yazmaq üçün ölürəm, ancaq bu zalım oğlu Nizamidə insaf yoxdur ki, yazıb yaza bildıkcə. Ə kişi, 14 min misra da poema olar? Cəfər Xəndaın Cəfər Xəndanlığı ilə hu uzunluqda yaznur... Nə isə, şərəfli işdir. Ancaq təəssüfki, gec başlamışıq. Belə bir poemanı bir ilə, on aya yox, beş ilə səliqə ilə, təmkinlə tərcümə etmək lazım idi. Buralarda yenə soyuq davam edir. Bu gün səhər 30 dərəcə şaxta vardı.Amma rus qışı görməli qışdır.

Geridən yavaş-yavaş qar uçur gəlir,
Baxdıqca insanın ruhu dincəlir


Nə gülürsən, deyirsən şairliyi tutub. Belədir da hərdənbir şairliyim tutur.
Lüğətim mənə çox kömək edir, çox sağ ol! Ancaq bəzi sözləri tapmayanda cinlənirəm. Çox zaman mənasını gözəl bildiyin bir sözü Azərbaycanca deyə bilməyirsən. Bu hallarda da lüğət köməyə gəlir. Əşi, sən çoxdan şairlərlə dostsan, elə deyilmi? Hələlik bu qədər. Sağ ol!
20.11 40-cı il imza R. Rza. KöhnəRza


İkinci bir tarixi an isə 1967-ci ildə Beyrutda R.Rzanın Sovet Nümayəndə Heyətinə başçılıq etməsi və oradakı çıxışdır. Sülh uğrunda mübariz olan Beyrutlu Caber Şəhibə qoyulmuş heykəlin açılışı zamanı R.Rza nə qədər məğrur, müsəlman dünyasının, türk oğlunun cəsarətli baxışı ilə yoğrulmuşdur. Ana Vətənimizi, doğma torpağımızı tarixi ərazilərimizi erməni qaniçənlərindən geri almaq üçün yenə də sülh çağırışımıza Rəsul Rza ruhunun bizə xeyir-dua verməsini görürük. Hər iki şəxsiyyətimizə deyirik: "Ruhunuz şad olsun!"

Heykəlin arxasında isə Rəsul müəllimin qeydini olduğu kimi veririk. "Beyrat 1967-ci il. Livan sülh hərəkatı xadimlərindən Asiya və Afrika xalqları həmrəylik hərəkatının nümayəndəsi Caber Şəhibə sovet xalqının hədiyyəsi. Heykəlin Ali şəhərində (Beyrutun civarı) açılışı. Rəsul Rza — Sovet Nümayəndə Heyətinin başçısı nitq söyləyərkən".

Rəsul Rzanın bu il may ayının 19-da anadan olmasının 90 illiyi tamam olur. S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində onun — hələ sağlığında xeyir-duası ilə açılmış mənəvi xəzinəmizdə 23 saylı şəxsi arxiv fondu mühafızə edilir. Otuz il bundan əvvəl Rəsul müəllimin dövlet arxivinə avtoqraflı kitablarınadakı fikirləri də oxuculara çatdırırıq.


1. "Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivinə. 7.II.68-ci il, Rəsul Rza"
2. Azərbaycan Dövlət arxivinin Ədəbiyyat və İncəsənət şöbəsinə. R.Rza, Bakı,21iyun 1966.
3. Əziz və hörmətli Rəsul müəllimə: Müəllifdən: Bəxtiyar "9.I.1959-cu il.
4. Ədəbiyyat və İncəsənət arxivinə xoş arzularla. 1966-cı il, R.Rza.

 

 

 
     
 

Layihənin iştirakçıları