Kənardan
baxış
|
Mixail Dudin “R.Rzanın
poeziyada görkəmli yeri vardır” |
Rəsul Rzanın yalnız Azərbaycan
poeziyasında deyil, bütün sovet poeziyasının
çoxmillətli ailəsində görkəmli yeri
vardır. 0, yaradıcılığa Mayakovskinin
ardıcılı kimi başlamış, poeziyaya
bu yüksək vətəndaşlıqla daxil olmuş
və lirika müdrikliyinə gəlib çıxmışdır.
Haçansa, təxminən 30 il bundan qabaq onun poemasmı
rus dilinə çevirmək mənə müyəssər
oldu. O zaman mən Rəsul Rza yaradıcılığının,
poeziyasının iki istiqamətini, iki xüsusiyyətini
başa düşdüm. Birincisi o öz yaradıcılığında
epik başlanğıcla şerin lirik quruluşunu
çox orijinal şəkildə birləşdirə
bilir. İkincisi o, eyni cür Şərq şerinin
əlvanlığıyla rus poeziyasının təmkinli
ehtirasını da birləşdirməyi bacarır.
O, buna nail olur. Rəsul Rza yalnız Azərbaycan
poeziyasına, yalnız öz doğma dilinin inkişafına
sədaqətlə xidmət etməklə kifayətlənmir.
O, həm də bizim bütün sovet poeziyamızın
qardaşlığına sədaqətlə xidmət
göstərir və bu poeziyada öz ləyaqətli
yerini tutur.
Mərkəzi Televiziyanın
R.Rzanın 70 illiyinə həsr otunmuş
verilişində çıxışı,
I9may, 1980.