Kənardan
baxış
|
Sergey Baruzdin “R. Rza yaradıcılığını
müxtəlif mərhələlərdə tanımışam” |
Mən Azərbaycanın xalq şairi
Rəsul Rzanın yaradıcılığını
müxtəlif mərhələlərdə — axtarışlarda,
tərəddüdlərdə, kamilliyə doğru
hərəkətdə . Və
bu gün çox şadam ki, onun yüksək Sosialist
Əməyi Qəhrəmanı adı alması
münasibətilə təbrik edirəm. Bu ad gərgin
zəhmətlə qazanılır və böyük
müvəffəqiyyətdən dəlalət edir.
Poeziyada bu — təfəkkürün dərinliyi,
dünyanın ən geniş mənada müasircəsinə
dərk etmək, yeni ifadə vasitələri axtarmaq
deməkdir. Dil hərəkət edir, bədii obraz
hərəkət edir, fikir hərəkət edir
və yalnız novator axtarışlarla bütün
niyyətlərinin ən dolğun bədii inikasına
nail olmaq mümkündür. Rəsul Rza buna nail
olub, bunu edib və onun bugünkü bayramı çoxlu
zəhmətin, ilhamın və axtarışın
təntənəsidir. Bütün qəlbimlə
ona hər şeydən qabaq sağlamlıq və
enerji arzulayıram. Bütün qalan şeylər
isə düzələr, çünki onun həyat
təcrübəsinə, istedadına, hər sözünə
, hər fikrə qeyri –adi vicdanlı münasibətinə
bələdəm. Yeni əsərlərini, yeni kitablarını,
ümumən həyatın və ədəbiyyat
həyatının diktə elədiyi yeni zirvələrin
yeni fəthlərini gözləyəcəyik.
Ümumitifaq radiosuyla
R. Rzanın 70 illiyinə həsr olunmuş
verilişdə çıxış.