Xatirələr

 

Vida sözləri


Süleyman Rüstəm

Belə kədərli anlarda danışmaq mənim üçün çətindir, ağırdır. Sıramızdan cismən ayrılmış qələm dostumuzla vidalaşmaq ağırdan da ağırdır. Ağırdır ki, poeziyamızın ustadlarından biri, şerimizə şöhrət gətirən xalq şairəmizlə, sovet vetənpərvərliyinin, xalqlar dostluğunun, proletar beynəlmiləlçiliyinin tərənnümçüsü kommunist şairimizlə bir daha görüşməyəcəyik.

Qələm dostumuz Rəsul! Biz səni bütün varlığınla sevdiyin böyük anamız, müqəddəs Vətən torpağına tapşırırq. O torpağa ki, səni böyük bir şair kimi yetirib. O torpağa ki, səni ədəbiyyat əlamində yaradıcılıq zirvələrini fəth etməyə pərvazlandırıb. O torpağa ki, onun yetirəcəyi gələcək yeni nəsillər əsərlərinə görə səni hörmətlə, məhəbbətlə yad edəcəklər.

(RƏSUL Rzanın dəfn mərasimində nitqindən. 3aprel, 1981)

 

 
     
 

Layihənin iştirakçıları