Vida sözləri
|
H.
Sədiq “Acı xəbər” |
Azərbaycanın xalq şairi Rəsul
Rza fərvədin ayının 13-de (aprel ayının
1-də—red.) Bakıda vəfat etmişdir. Bu görkəmli
söz ustası, bizim insanpərvər və mütərəqqi
ədəbiyyatımıza yeni məzmun ilə bərabər
yeni ifadə tərzi və yeni sözlər gətirmişdir.
0, müasir Azərbaycan şerinin esl mənada novator
şairi idi. Onun yaradıcılığında
zəhmətkeş Azərbaycan xalqının mübarizə
dolu tarixi və həyatı, məşəqqəti
var. Asiya və Afrika xalqlarının yaşayış
və mübarizələri də şairin ilham
mənbəyi olmuşdur. O, bütün şerli
həyatında insanpərvər Azərbaycan ədəbiyyatının
insani ideallarını və bəşəri duyğularını
həyata keçirmək yolunda qələm çalmışdır.
İnqilab yolunda vuruşan bütün dünya xalqlarına
şer yazan və beynəlmiləlçiliklə
qidalanan Rəsul Rza şeri müasir ədəbiyyat
kitabımızın qürur və iftixarıdır.
Millətimizin təhsinə layiq inqilabından
neçə il əvvəl onun müxtəlif xalqların
taleyindən danışan gözəl şerlərindən
bir neçəsini "Azərbaycan şairlərinin
şerlərindən" kitabında çap etdirmişdim.
Xain Rza şahın nökərləri Rəsul Rzanın
şerlərinin kitaba daxil olmasına görə
üç il nəşrinə mane oldular. Kitab nəşr
olandan sonra da savakçılar dərhal kitabı
toplayıb satışını qadağan etdilər.
İllərdən bəri öz xalqlarının
mübarizə və həyatından həmişə
ilham alan, zəmanəmizin böyük ruhlu, Şərq
xalqlarının böyük şer ustası, mübariz
Rəsul Rzanın acı ölüm xəbəri
bizi də sarsıtmışdır. Onun şerli
həyatını örnək arzusu ile xatirimizdə
əziz saxlayacağıq.
"Inqilab yolunda"jurnalı, N12, 1981, Tehran.