Ümumitifaq radiosuyla R. Rzanın 70 illiyinə həsr olunmuş verilişdə çıxış.

 

Xatirələr

 


Vida sözləri


Bəxtiyar Vahabzadə “Ölməz şair, ölməz şəxsiyyət”

Özünü xalqının zərrəsi sayan, həyatını xalq işinə həsr edən, xalqın kədəri ilə kədərlənib, sevinci ilə sevinən adamlar öz həyatını deyil, xalqın həyatını yaşayır. Belə adamlar fərdlikdən çıxıb şəxsiyyət səviyyəsinə yüksəlir.

Bu gün tabutu qarşısında baş əydiyimiz Rəsul Rza xalqımızın yetişdirdiyi belə böyük şəxsiyyətlərdən biri idi. O, həm sənətdə, həm də həyatda həmişə öz yolunu getdi, həmişə öz qəlbinin sözünü dedi. Biz onda heç bir yarımçıqlıq görmədik. O, sözündə də bütöv idi, əməlində də. Nifrətində də bütöv idi, sevgisində də.

Həm ölməz əsərləri, həm də şəxsiyyəti ilə ölməzlik qazanmış qüdrətli sənətkarımızın ölümü onun ölümünün deyil, ölməzliyinin təsdiqidir. Xalq şairini xalq öz çiyinlərində əbədiyyət dünyasına yola salarkən bu ölümə ölüm demək olarmı?

 

 
     
 

Layihənin iştirakçıları