Vida sözləri
|
Yavuz
Akpinar
|
Çağdaş Azəri şerinin öndə
gələn təmsilçilərindən olan Rəsul
Rza və Azərbaycanın tanınmış qadın
şairlərindən biri, həyat yoldaşı
Nigar Rəfibəyli ard-arda vəfat etdilər.
Mart ayının ortalarında Bakıda
professor Abbas Zamanovla birlikdə xəstəxanada
yatmaqda olan Rəsul Rza bəyin ziyarətinə getmişdik.
Özü kimi xəstə olan xanımı Nigar
Rəfıbəyli də yanında idi. Mən bu
ər-arvad şairlərin son günlərini yaşadıqlarını
ağlımdan belə keçirmirdim. Fəqət
dünya görmüş, ağsaçlı Abbas
bəy xostəxanadan çıxdıqdan sonra mənə
dərin bir kədər və qorxuyla: "Rəsulçun
qorxuram, vəziyyəti yaxşı deyil, lakin Nigar
da əməlli xəstədir"—demişdi. Abbas bəyin
qorxduğu oldu. Rəsul Rza nisan 1981-də rəhmətə
getdi. Ardından çox keçmədən xanımı
Nigar Rəfıbəyli, heç vaxt bu dünyada
yalqız qoymadığı ərini ölümdə
də tək qoymamaq üçün ardmdan yetişdi.
Azərbaycan xalqının könlündə yer
tutmuş bu iki şairə rəhmət diləyərək
bir-iki sətirlə xatirlərini yad etməyə
çalışdıq.
"Türk ədəbiyyatı"'jurnalı,
may, 1982.