Ümumitifaq radiosuyla R. Rzanın 70 illiyinə həsr olunmuş verilişdə çıxış.

 

Xatirələr

 


Vida sözləri


Hüseyn Abbaszadə “Torpağa bağlılıq”

O, Azərbaycana, odlar yurduna bağlıydı, qocaman çinarın kökləri torpağın dərinliyinə işləyib, bütün varlığı ilə yere bağlanan kimi. Onun böyük poeziyası bu torpaqsız yaşaya bilməzdi, canlı orqanizm havasız, susuz, çörəksiz yaşaya bilmədiyi kimi. O, "Pikasso ilə söhbət'' şerində ulu rəssama müraciətlə bu haqda belə deyir:


Sən Fransaya bağlısan
mən Azərbaycana,
mənim Kəbəm Bakıdır,
səninki Paris.
Sərt onsuz yaşaya
bilməzsən,
(Parisdə yaşamayanda
belə)
Mən Bakısız.


O, mənalı ömrünün bircə gününü də bu torpaqsız, bu xalqdan ayrı yaşamadı, doğma torpağın üstündə vüqarla addımladı. Xalqının sevinci, uğuru öz sevinc, uğuru oldu, kədəri onu məyus elədi. Sevdi. böyük sənətkar ürəyi ilə, sevdi öz işi, hünəri ilə vətənə şan-şöhrət gətirənləri, xalqın başını uca eləyənləri.

O, şer-sənət mülkündə çox sənətkarı sevdi, səcdə elədi. Lakin heç kimə oxşamadı. Azərbaycandan savayı. Azərbaycan oldu ustadı da, ilham pərisi də. Ana yurdun şəlalələri, çeşmələri ilhamına axdı, təbiətin rəngləri misralarına əlvanlıq verdi, çayları şerlərinə güc, vüsət. Oldu doğma xalqın böyük şair oğlu Rəsul Rza.

Dayandı ulu babaları, öyündüyü sənətkarlarla—Nəsimi, Füzuli, Sabirlə yanaşı, onların varisi, kiçik oğlu Rəsul Rza.

Bu gün budur bizə təskinlik, təsəlli.

 

 
     
 

Layihənin iştirakçıları