İnsan yaşa dolduqca xatirələr
aləmində yaşamağa başlayır, irəlidən
çox geriyə baxır, keçən ömrün
uzaq səhifələrini gözdən keçirir.
Otuz üç il bərabər ömür sürdüyüm
Rəsul Rza ilə keçən günlərimi vərəqlərkən
aydın bir həqiqət diqqəti cəlb edir:
bütün bu ağır və yüngül, sevincli
və sevincsiz, kədərli və bayramlı keçən
günlərdə, bizim xalqdan ayrı heç bir
sevincimiz, xalqdan ayrı heç bir qəmimiz olmamışdır.
Xalq həyatı ilə yaşamış, onunla
nəfəs almış, ən ağır günlərdə
xalqın dərdinə şərik olmuşuq, xalqın
həyəcan və arzuları ilə yaşamışıq.
"Ulduz" jurnalı redaksiyasının xahişi
ilə Rəsul Rzanın müxtəlif vaxtlarda,
müxtəlif yerlərdən mənə yazdığı
məktublardan bəzi parçaları sevimli oxuculara
təqdim etməyi məqsədəuyğun sayıram.
Rəsul Kerçdən göndərdiyi 1942-ci il,
28 mart tarixli məktubunda yazırdı:
"Nigara! Yenə də ulduzlara baxdım,
səni andım, sən ulduzlu gecələri çox
sevirdin. Buranın mavi, dərin səmaları, aylı
gecələri var. Gözlərimi yumub dənizin
əsrarlı söhbətini dinləyirəm. O
nələr danışır. Bu qəzəbli qocanın
kədərli əfsanələrini eşitdıkcə
onun əbədiyyətlə bağlı ömrünə
həsəd aparıram. O nələr görmüş,
nələrin şahidi olmuş... Qulağıma
gələn pıçıltılar qırılmış
arzulardan, insanların kinindən, fəryadsız,
həzin təəssüfündən ağır
hekayətlər anladır. Gözlərimii açıram,
ulduzlar axır, boşluqlara doğru axıb gedir.
Dünyanın əzabından qurtarmaq,
yarasından qan axan ana torpaqların yarasını
bağlamaq lazımdır. İnsanların əlindən
alınmış yaşamaq, düşünmək,
sevmək, gülmək haqqını qaytarmaq lazımdır.
İnsanlar ağız dolusu gülə bilmək
üçün göz yaşı və fəryad
içindən keçməlidirlər. Qan bulaqlarını
qurutmaq üçün tökülən qanlar əbəs
deyil. Bu həyatın sərt və acı həqiqətidir.
Nigara! Hardansa yaz qoxusu gəlir. Dənizin
buzları ərimiş, quzu yunu buludlar üfüqlərdən
dağılmışlar. Beş gün əvvəl
cəbhədə idim. Bir gün gələr çəhrayı
süfrənin başında oturub bu günlərin
müdhiş həqiqətindən danışarıq,
balaca oğlumuz, mənim Anar balam dizlərimə
dırmaşar; mən ona gördüyüm həqiqətdən
bir parça söylərəm. Mən ona bir dərədə
güllələnmiş yeddi min adamın qayalarda
səslənən iniltisindən birparça, ancaq
kiçik birparça danışaram.
Nigara! Ömumiyyətlə, müharibə
fəlakətdir. Böyük, sonsuz, dəhşətli,
bütün xəyal və təsəvvürlərdən
daha qorxunc birfəlakətdir.
Qəribə deyilmi, burada insan həyatı
daha inadla sevməyə başlayır, bütün
əziyyətlər, bütün əzablar həyatın
munis çöhrəsini örtə bilmir, onu insanların
gözündən salmır"
Yenə də Kerçdən 1942-ci il,
14 fevral tarixli məktubunda yazırdı:
"Nigar bala!
Şiddətli dolu vurmıış
taxıl görmüsənmi? Orda-burda baş qaldıran
sünbüllər, tarlanın xarabazarlığında
nə qədər qəribə və həzin görünür.
Çay suları illər boyu daş qayanın altını
oyur və bir gün şiddətli bir yağmıırdan
sonra gələn giiclü sel son zərbəni vurur,
qaya uçur, parça-parça daşlar dərəni
doldurur.
Bəlkə uşaqlığında
Gəncədə görmüş olasan, bir səhər
ayılanda bağçanın çiçəklərini
torpağa batmış, güllərin, ağacların
budağı sınmış, ləkləri pozulmuş,
xırda kərpic qırığı tökülmüş
yolları çala-çuxur görürsən....
Gecə bağçaya soxulmuş bir sürü mal
onu elə bir günə salır.
Bura canavar sürüsünə rast gəlmiş
və möcüzə nəticəsində qurtarıb
sağ qalmış adama oxşayır. Bu adamı
təsəvvür et. Onun qolu, qılçası
gəmirilmiş, üzü iti caynaqlarla cırıq-cırıq
edilmiş, başının tükləri qana bulaşmış.
Birinci baxışda bunun insanmı, cansız bir
cisimmi olduğunu müəyyən etmək çox
çətindir. Qalan binalardan sağ şüşəlisi
yoxdur. Torpaq və daş yığınlarının
altmdan çarpayının bir tərəfi görünür,
yanmış evin qapısında palçığa
batmış uşaq oyuncağı, dəmirpilləkənin
yanında delik - deşik olmuş papaq görmək
olur. Gecdir küçəyə çıxanda adama
eh gəlir ki, bütün dünyanın qaranlıq
yeri buradadır. Zülmət o qədər kəsifdir
ki, ixtiyarsız ağaca, daşa deyil, bu zülmətin
özünə deyib əzilməkdən, yaralanmaqdan
qorxursan.
Gündüz gördüyümüz
insan, insandır. Sən heç bir zaman bu qədər
bir-birinə bənzəyən insanın olduğunu
təsəvvürünə gətirə bilməzsən.
Bildiyin palçıq məftunu burda tamamilə başqa
mündəricəyə malikdir. Buralar palçıqdır
desəm, sənə heç bir şey deməmiş
olaram. Şəhərin içi dizə qədər
çıxan qara bir maye ilə doludur. Bəlkə
də bu palçıqdır, lakin insanları, atları,
arabaları, ağacları, daşları boyayan
bu qara həllinin nə əvvəli, nə də
axırı var.
Ayaqlar uzun illər sahil sularında qalıb
balıq qulağı qatları ilə bürünən
qayalar kimi bu yapışqan torpaqlardan yük götürür.
Iri nar boyda daşlar belə birpalçıq deyilən
saqqızla bərabər insanın ayağından
sallanır, nəhayət ayağını qaldırmaqdan
aciz qalaraq ixtiyarsız əllərini işə
salır, özünü səxavətli torpağın
bol hədiyyəsindən qurtarmağa başlayırsan.
Bütün bunlara baxmayaraq gəldiyimdən
peşman deyiləm. Doğrusunu istəsən, bu
səfər olmasaydı, bəlkə də mən
dolğun və gərgin bir həyat təcrübəsindən
məhrum olardım. Lampanın şüşəsi
yoxdur. Belə lampa üçün həsrət çəkənlər
var. Ordunu — o böyük və mürəkkəb
orqanizmi təşkil və təmin etmək kimi
çətin işə baxmayaraq, təchizat işi
nisbətən yaxşı qurulmuşdur. Kifayət
qədər ərzaq var. Burda düşmənlərin
nələr etdiyini sənə yazmaqla izah edə
bilmərəm. Onlan ancaq demək, danışmaq
olar. Şəhər indi yavaş-yavaş canlanır,
get-gedə əhalinin sayı artır, mağazalar
açılmağa başlayır, həyat öz
yoluna düşür.
Əgər Anarın doğum gününə
gələ bilməsəm, rica edirəm, mütləq
o günü keçirin. Cijimə mənim adımdan
de ki, martın 14-nü boş qoymasın. Özünüz
də olsa yığılın, Anarımı yaxşıca
sevindirin. Mən evdə olmasam da mənimçün
bir stul ayırın, qoyun boş qalsın. Mən
xəyalımda o məclisdə iştirak edəcəyəm.
Selvinski burdadır. Danışmışıq,
bir-birimizi tərcümə edəcəyik. Hələlik
o mənim "Bəxtiyar" şerimi tərcümə
etmişdir. Sənə göndərdiyim deyil, təzə
bir "Bəxtiyar " yazmışam:
Külək qarı sapəter, Bəxtiyar,
Ağ geyinib təpələr, Bəxtiyar,
Kaman çalan kimdir o, Bəxtiyar,
Küləkdi, ya simdi o, Bəxtiyar.
Əgər sabah qurtara bülsəm Əhməd
Cəmil ilə göndərəcəyəm. "Ədəbiyyat
qəzeti"nə versin. Qurtarmasam sonra göndərəcəyəm.
Burda gündüz işləmək Anarın dörd
yaşı tamam olurdu (N.R.) mümkün deyil . Bu
gün bir şüşə tapmışıq.
Ancaq lampanın piltəsi yoxdur. Bəlkə sabah
piltə də tapdıq, onda bəy balası kimi
dolanacağam".
1936—37-ci illərdə İspaniya xalqı
faşizm rejimi ilə ölüm-dirim mübarizəsinə
girişmişdi. Dünyanın hər tərəfindən
azadlıq və tərəqqi sevən adamlar İspaniyanın
azadlıq uğrunda apardığı mübarizəni
təqdir edir, ona hər cür maddi və mənəvi
yardım göstərməkdən çəkinmirdilər.
Azərbaycan şairləri İspaniyada faşizmə
qarşı gedən qızğın döyüşlərə
biganə qalmamış, ehtiraslı şerlər,
poemalar yazmışdılar.
Sovet Ittifaqı özünəməxsus
bir humanizmlə İspaniyada cəbhələrdə
ata-anasını itirmiş uşaqları qəbul
edir, onları qayğı ilə bəsləyib
böyüdürdü.
Həmin illərdə Rəsul Yaltaya
istirahətə getmişdi. Ordan yazdığı
məktubdan bir parçanı da oxuculara təqdim
etmək istəyirəm:
"Ayın 27-də burda istirahət edən
yazıçı Marşakla bərabər Misxora
pionerlərinin istirahət evinə getmişdim: Orda
ispan balaları vardı. Onların içində
bir nəfər Inqalesio adlı uşaq vardı.
Onu mən yazı ilə təsvir edə bilməyəcəyəm.
Onun gözlərində olan həsrət və ələm
buludlarını görmək lazımdır. Mən
sənə yaxşı bəlli olan qabalığıma
salıb bu sualın nə kimi dramatik cavabı ola
biləcəyini düşünmədən "Evinizə
məktub yazırsanmı.?.." — deyə sordum. Cavabında
zavallı cocuğun gözləri dolaraq: — "Yox, —
dedi, — bizimkilərin harada olduğunu bilmirəm ".
Bəlkə də bu uşaq heç bir zaman öz
anasını (alası cəbhədə ölmüşdü),
bacı-qardaşını görməyəcək".
(1938-ci il, 2/Xl. Krım, Yalta).
Rəsulun həyat məsələlərinə,
sənətə, ədəbiyyata, şerə aid
yazdığı məktublar çoxdur. Gələcəkdə
ömür möhlət versə bu məktubları
səliqəyə salıb vaxtaşırı mətbuat
səhifələrində çap etdirməyi, bu
məktublar vasitəsilə yaxın keçmişdəki
həyatımızla gənc nəsli tanış
etməyi özümə borc bilirəm.