İnsanı öldürə bilməyən
sınaqlar onu bərkidir. Gəncliyi otuzuncu illərə
və ya müharibə illərinə düşən
valideynlərimiz onları hər gün ya öldürən,
ya da bərkidən bir həyat yaşamışlar.
Mənim nəslimin nümayəndələri də
kifayət qədər bərkimişlər. Çoxumuz
sağ qalma sənətinə yiyələndiyimizdən
özünüqoruma instinkti, başgirləmək
məharəti bizdən güclü olanları və
xüsusilə də hakimiyyətdə olanlara etirazımızı
bildirmək istəyini həmişə əzib məhv
edib.
Bir başqasını müdafiə etməklə
öz həyatını mürəkkəbləşdirməyə
qabil olan adamların sayı get-gedə azalır.
Həyat bizi nəsildən-nəslə
bərkidərək, konfliktsiz yaşamağa alışdırıb.
Və sakit yaşamaq naminə ləyaqətimizi,
övladlarımızın gələcəyini qurban
veririk...
Əlbəttə, belə bir özünüdəyərləndirmə
ilə razılaşanlar buna əks həyat tərzi
keçirən, heç olmasa, bir nəfəri nümunə
gətirə bilərlər. Təəssüf ki,
belələrinin adı daha çox vəfat edənlər
siyahısındadır. Şübhəsiz ki, bizim
aramızda da özgəsinin ağrısını
özününkü kimi hiss etməyə qabil
olanlar olub və bu gün də var. Lakin hər kəs
onların nəcib qayğısının öz
üzərində hiss edə bilmir.
Bu mənada şəxsən mənim
bəxtim gətirmiş, həyatımda bir neçə
belə adama rast gəlmişəm. Onlardan biri Rəsul
Rza idi.
Mən bu gözəl, ala gözlü,
azacıq axsayan (yadımda belə qalıb) adamla
cəmi bir neçə dəfə ünsiyyətdə
olmuşam və demək olar ki, hər bir görüşümüz
onunla bağlı idi ki, çoxdan ümumxalq məhəbbətini
qazanmış görkəmli şəxsiyyət
yaradıcılığa təzəcə başlayan
bir ssenarist və nasirin problemlərinin həllinə
vaxt sərf edirdi.
Düşünmürəm ki, onun taleyimdəki
iştirakını yalnız elə o vaxtlardan Anarla
dostluğumla izah etmək olar. Gözəl ata olan
Rəsul Rza övladlarını sevirdi və onlarla
hesablaşırdı, lakin heç kim, elə Ananın
özü də ona öz fikrini qəbul etdirə
bilməzdi.
0 vaxt mən bir povest, bir-iki hekayə
və povestimin əsasında "Bir cənub şəhərində"
fikrinin ssenarisini yazmışdım. Lakin artıq
ilk filmimin taleyi Azərbaycan KP MK Bürosunun iclasında
həll edilmişdi.
Altmışıncı illərin sonlarında
belə müzakirənin nə ilə qurtara biləcəyini
həmin illərdə yaşayanlar bilirlər. Filmə
baxış zamanı qardaşım Maqsud nə
yollasa MK-nın binasına girərək qaranlıqda
mənə "Komsomolskaya pravda" qəzetinin nömrəsini
verdi. Mən də qəzeti filmi dəstəkləyən
MK-nın ideologiya üzrə katibi Cəfər Cəfərova
verdim.
"Komsomolskaya pravda"da filmi tərifləyirdilər
və Moskva qəzetinin sıravi tənqidçisi
K.Şerbakovun reyi respublika rəhbərliyinin verəcəyi
amansız qərarı yumşaltdı. Məsuliyyəti
ziyalıların boynuna yükləmək üçün
belə bir "müdrik" qərar qəbul edildi: görkəmli
incəsənət, mədəniyyət, elm xadimlərini
Dövlət Kinematoqrafıya Komitəsinə toplayıb
filmi orada tənqid atəşinə tutmaq qərarına
gəldilər ki, orada əl-qollarını yaxşıca
aça bilsinlər. Lakin başqa cür düşünənlərə
xalqın əli ilə divan tutmağın həmişə
kara gələn üsulu bu dəfə keçmədi.
Xeyli dərəcədə Rəsul Rzanın səyiylə
gözlənilməz bir vəziyyət yarandı.
Onun çıxışı müzakirənin istiqamətini
müəyyən etdi və çoxlarına adətən
belə vaxtlarda oyanan özünüqoruma instinktini
boğmağa kömək etdi.
Artıq ilk ifadələrdən aydın
oldu ki, Rəsul Rza respublika rəhbərliyinin heç
də xoşuna gəlməyən mübahisəli
film çəkmiş gənc adamları müdafiə
etməyi özü üçün vacib saymışdı.
Filmi bütövlükdə tərifləyən
Rəsul Rza onun müəlliflərini düşdüyü
vəziyyətin mahiyyətini üzə çıxaran
bir təmsil danışdı. Bu təmsildə,
eyni zamanda, bütün dövrlərdə Sənətkar
və Hakimiyyət münasibətləri obrazlı
ifadəsini tapırdı.
Mənim təsfirimdə pəncəsindəki
yaranın şiddətli ağrısından əzab
çəkən aslanın əhvalatı o qədər
də maraqlı görünməyə bilər.
Lakin o zaman Azərbaycan ziyalılığının
qaymaqları hakimiyyətlə bu çətin qarşıdırma
vəziyyətində özlərinə bir dayaq
tapmaq üçün təmsili çox böyük
diqqətlə dinləyirdilər.
Aslanın ağrısı get-gedə
şiddətlənirdi; günü-gündən
artan irin onun hərəkət etməsinə imkan
vermirdi. Öz padşahlarına kömək etmək
istəyən heyvanların növbə ilə yaranı
yalaması ağrını yalnız qısa müddətə
yüngülləşdirirdi.
Birdən padşahın taxtına inarala
yaxınlaşan cavan bir dovşan özünü
qəribə aparmağa başlayır. Pəncəyə
tikan batdığını görən dovşan
hamı kimi yaranı yalamaq əvəzinə qəfildən
tikandan yapışır.
Ağrıdan nərə çəkən
aslan yarasından tikan çıxaran dovşanı
sağlam pəncəsi ilə vurur. Səhərisi
gün aslan sağalanda məlum olur ki, yaltaqcasına
onun yarasını yalayanların deyil, aslandan zərbə
yemiş biçarə dovşanın hərəkəti
şəfalı imiş. Lakin artıq gec idi. Aslan
hər şeyi başa düşən zaman dovşan
artıq ölmüşdü. "Bir çox başqalarından
fərqli olaraq öz filmində həyatımızın
real problemlərine toxunmağa çalışan
gənclərin ilk işini ittiham etsək bu aslana
bənzətniş olmarıqmı? — Rəsul Rzanın
auditoriyaya verdiyi bu sual, əlbəttə ki, qüdrət
sahibi olan MK üçün nəzərdə tutulmuşdu
— Kim bilir, tikanı çıxarmağa cəhd etdiklərinə
görə, dəstəkləmək və təqdir
etmək əvəzinə biz onlara zərbə endirsək,
başlarına nələr gələ bilər?"
"Bir cənub şəhərində" filminin
taleyi sadə olmadı, onun ümumxalq müzakirələri
hələ uzun müddət davam etdi. Lakin Dövlət
Kinematoqrafiya Komitəsindəki həmin yaddaqalan
müzakirədən sonra bizim üçün ən
vacib olanı baş verdi". film ekranlara çıxdı
və Azərbaycanda ziyalılar ilk dəfə bu
işin təhlükəsindən qorxmayaraq hakim
dairələrin rəyinə zidd olan fikirlərini
söylədilər. Və şübhəsiz ki,
Rəsul Rzanın şəxsi nüfuzu o zaman həlledici
rol oynadı. Mən bu qısa və çox şəxsi
olan xatirələrimi yalnız böyük şairimizə
duyduğum minnətdarlıq hissinə görə
bölüşmək istəmədim (Rəsul Rzanın
böyük xidmətləri bütün xalqa məlumdur).
Həyatının bu epizodunu təsvir
etməklə nə zamansa yaxşılıq edə
bildiyim adamlara bir məqamı anlatmaq istəyirəm.
Nəzərə almanızı xahiş edirəm
ki, kiməsə xeyirxahlığımda həyatımın
keçid mərhələsində özünüqoruma
insinktini, bişgirləmək məharətini üstələyərək
insanlara kömək etməyin nümunəsini göstərmiş
bir şairin əli vardır.
"Zerkalo" qəzeti, 27 may, 2000