Xatirələr
|
Hökumə
Qurbanova “Vəfa” |
Səhnəyə gəldiyim 1939-cu il
teatrımızın parlaq yaradıcılıq illərindən
idi. Burada öz istedadları ilə səhnə
sənətimizi şöhrətləndirən qüvvətli
aktyorlar çıxış edirdilər; ideya-bədii
və dramaturji keyfiyyətləri, tərbiyəvi
təsiri ilə seçilən bir-birindən qiymətli
tamaşalar oynanılırdı.
Teatr bütün yaradıcılıq
səyini birləşdirib böyük sənət
nümunələri yaradırdı. Belə bir vaxtda
müharibə başlandı. Teatrımızın
kollektivi öz işini müharibə tələbləri
əsasında qurdu. İlk illərdə müharibə
dövrünün hadisələrini əks etdirən
əsərlər yox idi. Kollektivimiz qəhrəmanlıq
pafosu ilə aşılanmış tamaşaları,
klassik pyesləri oynayırdı, həm də Azərbaycan
şairlərinin şerləri əsasında hazırlanmış
təbliğat xarakteri daşıyan səhnəciklər,
kompozisiyalar göstərilirdi. Lakin müharibə
mövzulu əsərlərə böyük ehtiyac
duyulurdu.Teatrımız yeni vətənpərvərlik
tamaşaları yaratmağa ciddı səy göstərirdi.
Rəsul Rzanın 1943-cü ildə teatra
təqdim etdiyi "Vəfa" pyesi məhz bu səyin nəticəsi
idi. Əvvəla, onu deyim ki, R.Rzanın bir dramaturq
kimi teatrımıza gəlişi çox sevindirici
oldu. Elə ilk gündən o, teatrın kollektivi
ilə yaradıcılıq ünsiyyəti yaratdı.
Görkemli rejissor A.İsgəndərov əsərin
baş qəhrəmanı Vəfanı mənə
tapşıranda, doğrusu özümdə daxili
bir narahatlıq duydum. Lakin bu, uzun sürmədi.
Məşqlər üzərində iş çox
ciddi, hətta həyəcanla gedirdi. Mən hiss edirdim
ki, teatrımızın bütün kollektivi kimi,
Rəsul Rzanı da tamaşanın təsir gücü
maraqlandırırdı. Dövr çox ağır
idi, neçə-neçə igid oğul və qızlarımız
cəbhədə düşmənə qarşı
vuruşurdu, arxa cəhədə də xalqımız
igidlik göstərirdi.
Tamaşanı hazırlayarkən çalışırdıq
ki, xalqın qələbəyə inamını
daha da artıraq: tamaşaçılara belə bir
fikir təlqin edək ki, biz haqq işi uğrunda
vuruşuruq, xalqımız dəyanətli və
qeyrətlidir, qələbə uzaq deyil. Qarşıda
duran vəzifəmizin nə dərəcədə
məsuliyyətli olduğunu bütün dərinliyi
ilə dərk edirdik. Odur ki, həvəslə çalışırdıq.
Mən gənc sovet qızı, prokuror Vəfanın
ləyaqətini, onun mübariz keyfıyyətlərini,
qəhrəmanlığını ilk plana çəkmişdim.
O biri obrazlar da həm dramatik, həm də aktyorlar
tərəfindən bacarıqla yaradılraışdı.
"Vəfa" tamaşasında əsas məqsəd
yerinə yetirirdi. Burada xalqa, vətənə məhəbbət
kimi daxili bir qüvvə səslənirdi. Arxa və
ön cəbhədə vuruşan sovet adamlarının
qəhərəmanlığı, vətənpərvərliyi
ön plana çəkilmişdi.
Sevimli şairimiz R.Rzanın "Vəfa"
pyesinin tamaşası teatrımızın ideya-bədii
inkişafında öz rolunu oynadı. Burada müharibə
dövrünün qəhrəmanlıqla dolu hadisələri
konkret əksini tapmışdı, müharibə
illərində yaranan yeni qəhrəmanların
xarakterik xüsusiyyətləri təsvir olunmuşdu.