Xatirələr

 


Xatirələr


Fərəməz Maqsudov “Böyük şair”

Xalq şairimiz Rəsul Rzanın bir sənətkar kimi orta məktəb skamyalarından tanısam da, bir insan kimi tanışlığımız altmışıncı illərdə olmuşdur. Bu illərdə Rəsul Rza yaradıcılığına maraq daha da artmış, dünyadan erkən köçən alovlu Mikayıl Müşfıq haqda yazdığı məşhur "Qızılgül olmayaydı" poeması müəllifə yeni bir şöhrət gətirmiş, heyranlarının sayını birə on artırmışdı. İndiki kimi yadımdadır, "Ədəbiyyat və incəsənət" qəzetində bu poema ilk dəfə dərc edilmişdi. Qəzetin az qala yarısını tutan bu əvvəzsiz sənət incisi ədəbi mühitimizdə bir fırtına qoparmışdı. Yenicə üzə çıxmış Mikayıl Müşfiqə olan sonsuz məbəbbətdən doğan həsrət şer sevənlərin könlündə həyəcanlar oyandırmışdı, hamı bu nakam şairin ömürlüyünə güzgü tutan əsərlərə maraq göstərirdi. Məhz Rəsul Rzanın bu poeması müşfiqsevərlərə əvəzsiz bir ərmağan olmuşdu. Hər yerdə bu poemadan söhbət gedirdi. Poemadakı yüksək şeriyyət və yenilməz cəsarət hamını sarsıtmışdı. Mən də bu poemanı əzbərləyənlərdən biri idim. Hara gedirdimsə, ondan parçalar oxuyur, söyləməklə doymurdum. Şairlə görüşməyi qərara aldım. Şair dostum Rəfıq Zəkadan Rəsul Rzanın ev telefonunun nömrəsini öyrəndim. Zəng çaldım. Ustad mənim zengini mehribanlıqla qarşıladı. Yazıçılar İttifaqında görüşəcəkdik... Gəldi, tanış olduq, xeyli söhbət etdik. Mən ürəyi dolu idim. Şairin şerini şairə oxuyurdum.

O gülümsədi. Qara dəniz kimi dalğalanan mavi gözləri təşəkkür dolu şəfəqlərlə parladı. Əlimi sıxdı. Poema haqda xeyli danışdıq. Mənə qaranlıq qalan bir məsələ aydınlandı. Sən demə, qəzetdə dırnaqlar arasında verilən Mikayıl Müşfıq şerləri Rəsul Rzanın imiş. Bu şerlər o qədər kövrək, o qədər təsirli idi ki, mən onların həqiqətən Müşfiq tərəfindən yazıldığını düşünmüşdüm. Müəllif məni başa saldı ki, poemada "mənə elə gəldi ki, sən əllərin titrəyə-titrəyə bir dəftər çıxardın qoynundan, dedin: ondan qalan yadigar bu dəftərdir... misralarındakı "mənə elə gəldi ki ..." xitabıma fikir vermək lazımdır. Sonrakı çaplarda bu şerlər dırnaqsız verilmişdir. Kim bilir, bəlkə də söhbətimizin təsiri olmuşdu.

O gün mən ustadı evlərinədək ötürdüm. Sonralar tanışlığımız yaxınlığa çevrildi. Rəsul Rza Azərbaycan Ensiklopediyasının baş redaktoru olduğu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin iclaslarında çox zaman yanaşı otururduq. 0 məni "Fərəməz Maqsud" deyə çağırardı. Bəzən də "Cavidin eloğlusu" deyərdi. Rəsul Rza ensiklopedik kamala malik fılosof şair idi. Mən onun bu qədər geniş məlumata, dərinbiliyə, zəngin dünyagörüşə malik olduğuna heyran kəsilmişdim. Hansı sahədən desən danışirdı. Həm də kamil mütəxəssis kimi. Bir dəfə mən Şah İsmayıl Xətayi barədə nə fikirdə olduğunu soruşdum. Sən demə, ustad Şah İsmayıl Xətayinin də aşiqi imiş. "Ədəbiyyatşünaslarımız onun halal qiymətini verməmişler" cümləsi indiki kimi yadımdadır. Ustad Şalı İsmayılı istər siyasi-ictimai xadim kimi, istərsə də sənətkar kimi bənzərsiz adam sayırdı. Xətayinin "Dəhnamə"sini, qəzəllərini, qoşmaları ağız dolusu tərifləməklə yanaşı, onun Azərbaycan poeziyasında tutduğu mövqeyi layiqincə dəyərləndirən Rəsul Rza, onun özundən sonra gələn şairlərə olan danılmaz təsiri haqda da xeyli danışdı. O deyirdi ki, Şah İsmayıl Xətayi şer dilinin sadələşməsi işində misilsiz rola malikdir. Vidadinin, Vaqifin, Zakirin, Natəvanın həqiqi müəllimi Şah, İsmayil Xətayi olmuşdur. Həm əruzda, həm də hecada gözəl sənət inciləri meydana qoyan Şah İsınayıl XVI əsr Azərbaycan şerinin ən parlaq ulduzlarındandır. Sonra Xətayinin bir beytini əzbər söylə

Biz əzəldən ta əbəd ıneydana gəlmişlərdəniz,

Şahi-mərdan eşqinə mərdanə gəlmişlerdəniz!

Rəsul Rza bir dəfə Həsonoğlunun "Apardı könlümü bir xoş qəmərüz canfəza dübər. Nə dilbər, dübəri-şahid, nə şahid şahidi-sərvər" beyti ilə başlayan məhşur qəzəli haqda söz saldı. Və "bu qəzəl Nizamiyə nəzirədir" dedi. Mən təəccübümü gizləmədim: "Axı bu vaxtadək bu barədə yazan olmamışdır?" Ustad: elə isə qulaq as — dedi.

Şodəm bər surəti-aşiq ke, bər mən mikənəd qovğa,

Nə surət, surəte-dübər, çe dilbər, dilbəre-ziba!

Təəssüf ki, yadımda bircə bu beyt qalmışdır. Bu Rəsul Rzanın kəşfi idi. Bilmirəm, sonralar bu barədə yazdı, yazmadı? Ancaq "Mənim fikrimcə" adlı məqalələr kitabında bu beytə rast gəlmədim.

Şairi ən çox düşündürən və əsəbiləşdirən məsələlərdən biri də tədqiqatçılarımızın fars dilli ədəbiyyatımıza müraciəti idi. O, hər zaman söyləyirdi ki, bizim fars dilli ədəbiyyatımız barədə danışmağa vaxtımız qalacaq. Hələ ki, ana dilli şerimizdən bəhs etməliyik. Bu baxımdan Mirzə Şəfı Vazeh haqda yazılan saysız əsərlərə lüzum yoxdur — deyərdi. Aşıq şerinin kokləri barədə bəhsə başlarkən, Yunus İmrə ilə Qaracaoğlan, Dadaloğlu ilə Cövheridən yana-yana danışır, foMorşüuaslanraızm Qurbanidən o yana getmədiklərindən gileylənər- di. O deyərdi ki, Yunus Əmrə də, Qaracaoğlan da, Dadaloğlu da, Cöv-bəri də bizim ana dilimizdə yazmışlar. Bu şairlər Aşıq Alının, Ələsgərin ustadları olmuşlar. Onlara xor baxmaq milli şerirnizin qaynaqlarını danmaq deməkdir. Aşıq Mirzənin repertuarında məhz bu şairlərin əsərləri olduğunu xatıırlayır, o gözəl saz ustasının səsini lentə köçürmə-yənləri qınayırdı. Xalq şeri, saz şairleri Rəsul Rzanın dilinin əzbəriydi.

Rəsul Rza sözün əsl mənasında xalq şairi idi. Belə ki, dilimizin bütün incəliklərini dərindən qavramış, canlı xalq dilində sıx-sıx işlənən, ədəbi dilə keçməyən saysız sözlərimizi şerinə gətirməkdən zövq alardı. Ərəb, fars sözlərini bol-bol şerə gətirən, arxaik sözlərdən ruhlanan başabəla müəllifələrə qızardı. Məncə, onu satira yazmağa vadar edən də bu üzüntü idi. Bubaxımdan "Şer dili" səciyyəvidir.

Vətəndaş şairi xalqın dili düşündürürdü. Hər zaman bu üzdən gileylənərdi. 1967-ci ildə çıxmış hansı şer kitabında isə xeyli yanlışlığa yol verilmişdi. Həmin kitabı mənə göstərib, gör nə günə salıblar şerlərimi dedi. Bu da yaxşı yadımdadır ki, "Azərbaycan" jurnalında Asif Əfəndiyevin məqaləsində şairin şerləri təhriflə verilmişdi. Ustad "tənqiddən qorxmuram, öyrəncəliyəm! Ancaq insafları olsun, heç olmazsa məndən gətirdikləri misalları düz çap eləsinlər. Buna dözmək çətindir!" söylədi.

Bir dəfə ustada bulvarda rast gəldim. Yaman tutulmuşdu. Səbəbini soruşdum. Sən demə Yazıçılar qurultayında ədəbiyyatşünas Seyfulla Əsədullayev azərbaycanca məruzə edibmiş. Rəsul Rza yaman əsəbiləş-mişdi. "Canım, bu adam dilimizi bilmir. Nə üçün onu xitabət kürsüsünə çıxarırlar? Cümlələr dolaşıq, fikirlər qaranlıq, üzündən belə oxuya bilmirdi. Belə adamlara yerini göstərmək lazımdır" dedi. Mən onu sakit etməyə çalışdımsa da, bacarmadım. O, dedikcə həssas insandı.

Rəsul Rzanın gənclərə göstərdiyi qayğı və nəvaziş haqda çox yazmaq olar. 0, gənclərin yaradıcılığını ardıcıl şəkildə izləyir, inamı olduğu şairlərin qolundan tutur, əsərlərinin üzə çıxması üçün əlindən gələni əsirgəmirdi. Onun yazdığı "uğurlu yollar bir kitab təşkil edər. O, istedadlı gənclərin mənəvi atası idi. Bu cavanlar içərisində əruzda, hecada və sərbesldə yazanları var idi. Rəsul Rza bu gün artıq ədəbi ictimaiyyətimiz tərəfindən tanınan onlarla şairin Azərbaycan Yazıçılar ittifaqına üzv qəbul edilməsinə zəmanət vermişdir. Bu şairlər bu gün öz ustadalırını rəğbətlə xatırlayır, ona sevgi dolu şerlərini həsr edirlər.

Böyük şair və böyük insan Rəsul Rza şersevənlərin könlündə hər zaman yaşayacaqdır. Bizim xalq isə şersevər, şair xalqdır.

11 aprel, 1985-ci il.

 

 
     
 

Layihənin iştirakçıları