Electron kitabı

 

RƏSUL RZA
NİGAR RƏFİBƏYLİ
( foto- kitab)


Yazıçı Rəsul Rzaya (R.İ.Rzayevə)
Sosialist Əməyi Qəhrəmanı
adı verilməsi haqqında
SSRİ ALİ SOVETİ
RƏYASƏT HEYƏTİNİN
1980-cı il 16 may tarixli
F Ə R M A N I

Sovet ədəbiyyatının inkişafında böyük xidmətlərinə, səmərəli ictimai fəaliyyətinə görə və anadan olmasının yetmiş illiyi ilə əlaqədar olaraq yazıçı Rəsul Rzaya (Rəsul İbrahim oğlu Rzayevə) Lenin ordeni və “Oraq və çəkic” qızıl medalı təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adı verilsin.

Heydər Əliyev Rəsul Rzaya Sosialist Əməyi Qəhrəmanı ulduzunu təqdim edir. 1980

Rəsul Rza Azərbaycan Sovet ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, gözəl şairlərimiz Səməd Vurğun və Süleyman Rüstəmlə birlikdə Azərbaycan Sovet poeziyasının banilərindən biri hesab olunur.

30-cu illərin əvvəllərində yaradıcılıq fəaliyyətinə başlayan Rəsul Rza yarım əsr ərzində Azərbaycan ədəbiyyatının, Azərbaycan şer sənətinin inkişafına böyük təsir göstərmişdir.

O, bir çox əsərləri – poemaları, şerləri, publisistik məqalələri, pyesləri və ümumi ədəbi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını, Azərbaycan şer sənətini çox zənginləşdirmişdir.

Rəsul Rzanın yaradıcılığında həm Azərbaycanın tarixi, həm də yeni sosialist həyatı, sovet quruculuğu illərində respublika zəhmətkeşlərinin fəal işi ətraflı və yüksək bədii səviyyədə əks olunmuşdur. Ölkəmiz üçün çətin dövr olan Böyük Vətən müharibəsi illərində Rəsul Rza öz yaradıcılığı ilə, vətənpərvərlik hissləri ilə, zəngin olan şerləri ilə Azərbaycanın oğul və qızlarını vətənin müdafiəsinə səfərbər edirdi.

Rəsul Rza yaradıcılığının səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, dünya ədəbiyyatının, inqilabi rus poeziyasının ən yaxşı nümunələrinin təsiri altında, böyük Mayakovskinin poetik irsinin səmərəli təsiri altında o, zəngin milli ədəbi ənənələrdən istifadə edərək, Azərbaycan poeziyasında bir novator kimi çıxış etmiş, Azərbaycan poeziyasını yeni bədii ifadə vasitələri ilə, yeni şer formaları ilə zənginləşdirmişdir.

“Lenin” poeması Rəsul Rzanın bədii yaradıcılığının zirvəsidir...

...Rəsul Rzanın bədii yaradıcılığı respublikamızda hamı tərəfindən sevilmiş, ona hüsn- rəğbət və hörmət, ölkəmizdə və xaricdə ona böyük şöhrət qazandırmışdır.

Heydər Əliyev
(Rəsul Rzaya Sosialist Əməyi Qəhrəmanı
fəxri adı verilməsi münasibəti ilə söylədiyi nitqdən)

 

 

 

 
     
 

Layihənin iştirakçıları