Electron kitabı

 

RƏSUL RZA
NİGAR RƏFİBƏYLİ
( foto- kitab)


Nigar Rəfibəyli

 

Mən Gəncəyə gələndə gəncəlilər məni çox böyük həyəcanla qarşıladılar. Mən xoş əhval-ruhiyyə gördüm. Yolumuz Sərdar bağına düşdü. Çünki orada Gəncənin dəyərli insanlarından biri Nigar xanım Rəfibəylinin abidəsinin açılış mərasimini keçirtdik. Nigar xanım Rəfibəyli Gəncənin böyük Rəfibəylilər ailəsinin, sülaləsinin çox parlaq nümayəndəsidir. Gəncənin tarixi haqqında danışarkən Rəfibəylilərin xüsusi yerini mən qeyd edirəm.

Bəli, Nigar xanım Azərbaycan xalqına sədaqətlə xidmət etmişdir. Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmişdir. Ancaq onun ailəsinin həyatı da faciəli olmuşdur. Gəncəlilərə həm qəhrəmanlıq qismət olmuşdur, həm də təəssüflər olsun ki, faciələr, repressiyalar da qismət olmuşdur. İyirminci illərin repressiyalarında, otuzuncu illərin repressiyalarında çox dəyərli gəncəlilər - ziyalılar məhv edilmişdilər. Onlardan biri də Nigar xanımın atası Xudadat bəy Rəfibəyli Azərbaycanın ilk müstəqil hökumətində, Xalq Cümhuriyyətində nazir vəzifəsini tutmuş bir insan, sonra repressiya qurbanı olmuşdur. Ancaq tarix hər şeyi öz yerinə qoyur.

Repressiya qurbanı olmuş Xudadat bəy Rəfibəylinin qızı Nigar xanım Rəfibəyli böyük yol keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf etməsi uğrunda çalışmışdır. O, öz həyat yoldaşı - Azərbaycanın böyük şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır və məmnunam ki, onların övladı Azərbaycanın böyük yazıçısı, Yazıçılar Birliyinin sədri, hörmətli Anar da öz əcdadlarının, anasının, atasının işini davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir.

Görürsünüz, Gəncə nə qədər böyük insanlar yetirir. Bir ailədə üç xalq yazıçısı - Rəsul Rza, Nigar xanım Rəfibəyli, Anar.

Eşq olsun Azərbaycanın elminə, mədəniyyətinə, ədəbiyyatına!

Azərbaycan Respublikası prezidentliyinə namizəd Heydər Əliyevin
oktyabrın 7-də Gəncə seçiciləri ilə görüşdəki çıxışından

 

 

 
     
 

Layihənin iştirakçıları