RƏSUL
RZA
NİGAR RƏFİBƏYLİ
( foto- kitab)
|
Müasirləri Rəsul
Rza və
Nigar Rəfibəyli haqqında |
Rəsul Rza və Səməd Vurğun
Mən qələm yoldaşım Rəsul
Rzanın Lenin haqqında yazdığı qüvvətli,
təsirli poemasından parçalar oxumuşam...Bu
əsərin çap olunan və mənə məlum
olan ayrı-ayrı parçalarına əsaslanaraq
cəsarətlə deyə bilərəm ki, Mayakovskinin
Lenin haqqında poemasından sonra bütün sovet
poeziyasında belə vüsətli əsər oxumamışam.
Bu təsvir üsulu şairin ixtisası
sayılmalıdır. Bu hünərdir...Rəsul
Rzanın "Lenin" poeması bütün dünyanı
gəzəcək.
Səməd Vurğun
Rəsul Rza romantik bir qəlblə yazdığı
“İntiqam” şeri ilə insanları, yerləri
və göyləri, dağları və daşları
belə intiqama – faşist cəlladlarının
başına od yağdırmağa çağırdı.
Səməd Vurğun
Bizi qırx ildən artıq davam edən
şəxsi dostluq bağlayır. Bu illər ərzində
çox şey olub – qızğın mübahisələr,
birgə səfərlər, iş. Bütün bunların
arxasında isə bir şey dayanır – poeziyaya,
Rəsul Rzanın böyük, işıqlı
istedadına rəğbətim.
Onun yaradıcılığında məni
ən çox cəlb edən müdrikliyidir, bir də
ədəbi gəncliyi.
Rəsul Rza böyük humanistdir, onun
humanizminin əsasları, qaynaqları şairin xalqla
dərin, qırılmaz əlaqəsindədir. Xalqın
ağrısı Rəsulun ağrısıdır,
xalqın sevinci Rəsulun sevincidir.
Rəsul Rzanı tam haqla Azərbaycan
ədəbiyyatının nəinki Sovet İttifaqında,
həmçinin onun hüdudlarından çox uzaqlarda
da səlahiyyətli nümayəndəsi adlandırmaq
olar.
Süleyman Rüstəm
Rəsul Rza, Nazim Hikmət, Süleyman Rüstəm
Şerimizin görkəmli nümayəndələrindən
biri olan Rəsul Rza özünəməxsus orijinal
bir yaradıcılıq yolu ilə inkişaf edib.
R.Rza yeni vasitələr, yeni orijinal mövzular, yeni
təşbehlər və qafiyələr axtarıb
tapıb. Həqiqi sənətkarlar bir-birlərini
təkrar etməzlər. Digər bir şairə
bənzəmək, başqasını təkrar
etmək peşəsi yazıçının qatilidir.
Şerimizin mədəniyyəti uğrunda çalışan
şair Rəsul Rza bunu dərindən dərk etdiyindəndir
ki, öz şerlərilə digər şairlərimizdən
çox ayrılır, onun mənalı, dolğun
şerləri gözəl, zəngin boyalarla doludur.
Bu, həqiqi söz ustasına xas olan bir sənətdir.
Onun zərif, qəşəng şerləri oxuculara
bədii qida verir.
Süleyman Rüstəm
Gənc proletar şairlərdən Rəsul
Rzanın ən zərbəli məsələlərimizə
dair yazdığı bir çox müvəfəqiyyətli
şerləri Azərbaycan proletar ədəbiyyatının
bu az zaman içərisində nə qədər
yüksək bir səviyyəyə qalxdığını
göstərməyə kafidir.
Rəsul Rza və Mehdi Hüseyn
Onun şerlərini bir daha qüvvətli
göstərən, ümumiyyətlə, Rzanın
sağlam siyasi görüşə malik olmasıdır.
Onu, hər şeydən əvvəl gündəlik
maraqlandırır...Rzanın sözləri müəyyən
fikirləri ifadə üçün qollanılır.
Onu xarakterizə edən bu cəhəti proletar şerimizdə
təbliğ etməliyik.
Mehdi Hüseyn. 1931.
Bugünkü şerimizin ən görkəmli
nümayəndələrindən olan Səməd
Vurğunun, Süleyman Rüstəmin və Rəsul
Rzanın şer yaradıcılığında
daha sağlam bir məfkurəvi təmayüllə
qarşılaşırıq...Rzanı yuxarlda bəhs
etdiyimiz şairlərdən fərqləndirən
bir cəhət var: gənc şair fikrindəki kəskinliyi,
bədii dəyəri qüvvətləndirmək
yolu ilə artırır. Bunu “Bolşevik yazı”
əsərlərində aydın görmək olar...
Mehdi Hüseyn. 1932
Rəsul Rza, S.Rüstəm, Ə.Məmmədxanlı,
Əli Nazim
Şura proletar ədəbiyyatının
rekonstruksiya dövründə əldə etdiyi dini,
sağlam şair qüvvələrindən ən
irəli gedənləri və özlərinin bədii
üslubi simalarını göstərmiş olanları
Səməd Vurğun və Rəsul Rzadır.
Əli Nazim, Hənəfi Zeynallı.
1934
Rəsul Rza daha ziyada lirik, xitabətçi
və inqilabi romantizmə malikdir. Onun şerlərində
real hadisələrdən çox real həyacanlar,
canlı xarakter və obrazlar təsvirindən çox
canlı təşbeh və məcazlar, canlı,
həyati hissiyyat və idrak məfhumları vardır.
Rzanın şerlərində fəal bir xəyal,
daim, irəlini, daim yuxarını gərmək və
bu görüşü təsbit etmək istəyən,
onu yeni şəkillərdə, yeni üsul və
ədada, yeni rənglər və cizgilərdə
canlandırmaq cəhdi vardır. Odur ki, Rzanın
şerləri mövcud şəkil və qəliblərə
sığmır, daim yeni və heç bir ayrı
halda təkrarolunmaz şəklə malikdir. Odur ki,
o, əsas etibarilə sərbəst şerlər
yazır. Lakin onun sərbəst şeri bir-biri altına
yazılmış mənsur sətirlərdən
ibarət deyil, bəlkə daxili bir ahəngə,
musiqiyə malik bir sərbəst şerdir.
Rəsul Rza, S.Rəhimov
Əli Nazim. 1934
Mən Rəsul Rzanı axtaran, hey axtaran,
bir çox sərvəti dürüst tapan, bəzən
də tapa bilməyən, ancaq tapa bilmədikdə
də həvəsdən düşməyən,
“yoruldum” deməyən bir kəşfiyyatçı
kimi, bir şair kimi təsəvvürümə
gətirirəm... Rəsul Rza şerində mənim
xoşladığım ümdə cəhət
onun şerə gətirdiyi, gətirməyə çalışdığı
həyatilik və konkretlikdir.
Süleyman Rəhimov
Müşfiq Rəsulun xətrini çox
istəyirdi. Onu doğma qardaşı Mirzədən
seçmirdi. Doğrudan da, Müşfiqlə Rəsul
Rzanın dostluğu heç vaxt təravətini itirmədi...Rəsul
Rza sonralar Müşfiqin əziz xatirəsinə
həsr etdiyi “Qızılgül olmayaydı” poemasında
bu dostluğun sönməz hərarətini, sevincini
təsvir etdi, vəfanın unudulmaz abidəsini yaratdı.
Dilbər Axundzadə
Rəsul Rza və M.İbrahimov
“Müşfiqli günlərim”
kitabından
Rəsul Rza Cənubi Azərbaycandakı
böyük və unudulmaz xalq hərəkatına
həsr etdiyi şerlərində xalqımızın
əsrlik həsrətini, azadlıq uğrunda mübarizəsini
tərənnüm etmişdir. Odlu ürəklə
yazılmış bu şerlər, müvəqqəti
məğlubiyyətlərə baxmayaraq, xalqın,
xalq azadlığının qələbə çalacağına
inamı möhkəmlədir, oxucuya nikbin duyğular
aşılayır.
Mirzə İbrahimov
Rəsul Rza, Əhməd Cəmil, Abbas
Zamanov, İbrahim Novruzov tez-tez ön atəş
xəttində vuruşan qəhrəmanlarımızın
yanına gedir, onlarla görüşür, rəşadət
və fədakarlıqları barədə həm
cəbhə qəzeti, həm də Bakıdakı
qəzet və jurnalları material ilə təmin
edirdilər. Rəsul Rzanın şerləri, oçerkləri,
məqalələri döyüşçülər
arasında ruh yüksəkliyinə səbəb
olurdu...
Əli Vəliyev
Rəsul Rza çoxlu bayatı, qoşma,
layla bilir. O, bunları işlədir, ancaq olduğu
kimi kağıza köçürmür. Xalq ədəbiyyatından
öyrənmək, istifadə eləmək bu tükənməz
xəzinəni eyni ilə köçürməkdən
ibarət deyildir. Xalqın yaratlığı ölməz
əsərlərdəki dərin məna, hikmətli
kəlam, yerində deyilmiş söz, işlənmiş
təşbeh, obrazlı fikir və başqa cəhətlər
sənətkarların diqqətini cəlb etməlidir.
Klassik irsə münasibətdə bu yol ilə getmək
faydalıdır. Rəsul Rza məhz bu cür hərəkət
edir. O, əks elədiklərini sənətkar təxəyyülündən,
sənət süzgəcindən keçirir, özünə
lazım olan şəklə salandan sonra ona şer
donu geydirir.
Əli Vəliyev
Müasir şer, müasir poeziya dedikdə ilk növbədə yadıma düşən şairlərdən
biri Rəsul Rzadır. Mən Rəsul Rzanın şerlərini
oxuduqdan sonra özümdə qəribə rahatlıq
duyuram. Bu şerlər adamı düşündürür,
mənəvi cəhətdən təmizləyir,
yüksəldir. Mən həyata poetik baxışın
mənasını, şerin təsir qüdrətinin
hüdudsuzluğunu Rəsul Rza şerlərini oxuyanda
daha aydın başa düşürəm. Bu günün
şeri ənənəvi çərçivələri
çoxdan parçalamışdır. Bəşər
zəkasının bugünkü inkişafı
şerin qarşısında böyük tələblər
qoyur. Rəsul Rza bu tələbləri yaxşı
başa düşür. Onun yaradıcılığındakı
intellektual səviyyə, günün tələblərinə
verilən aydın cavablar, elmlərin inkişafı
ilə şeri əlaqələndirmək bacarığı
sübut edir ki, Rəsul Rza gündən-günə
inkişaf edən, planetimizin nəbzini tutmağı
bacaran şairdir. Məsələn, Rəsulun şerlərində
tibbə, riyaziyyata aid ifadələr şer dili ilə
elə sadə deyilir ki, hiss edirsən, bunu yalnız
elmlərə yaxşı bələd olan sənətkar
bacarar.
akademik Murtuza Nağıyev
Əgər şerimizi göylərə
ucalan yaşıl bir çinara bənzətsək,
Rəsul Rza onun gözəl, canlı, sağlam budaqlarından
biridir. Rəsul Rza daha dolğun yaradıcılıq
mərhələsindədir. Onun şerləri oxucunu
düşünməyə, xəyala getməyə
vadar edir, bu gün o, daha coşğun bir ilhamla yazıb-yaradır.
Şer ordumuzun ön sıralarına nəzər
yetirələnlər Rəsul Rzanı qürurla
addımlayan görərlər.
Məmməd Rahim
Məmməd Arif, S.Rəhimov, Sabit Rəhman, Məmməd
Rahim, Rəsul Rza, Əbülhəsən Moskvada,
Yazıcıların II Qurultayında, 1957
Məni ilk dəfə Rəsul Rza ilə
kim tanış eləyib, yadımda deyil. Bizim ilk
tanışlığımızdan qırx ilə
yaxın vaxt keçir, kimin vasitəsilə, hansı
şəraitdə tanış olduğumuzu xatırlamaq
asan məsələ deyil. Bir o yadımdadır ki,
ilk gündən bizimki bir–birimizlə tutdu. Bizim bir
çox yoldaşlarımız var idi. Bu yoldaşların
arasında bizə ən munisi və yaxını
Mikayıl Müşfiq idi. Mənim dağlı
məhəlləsindəki otağımda görüşərdik,
deyib-gülərdik, sonra da şəhərə
düşərdik. Bəzən bütün günü
bir yerdə olurduq. Ancaq yenə də bir–birimizdən
doymurduq. Ayrılanda çətinliklə ayrılırdıq.
Sabit Rəhman
Rəsul Rza həyata, həyati hadisələrə
şerin gözü ilə baxmağı bacaran,
ən adi hadisələri böyük şeriyyətlə
təsvir etməyə qadir olan şairdir. O, novatordur,
oxucusuna hər şerində yeni söz deyir, yeni
fikir aşılayır. O, ədəbiyyatda atdığı
ilk addımdan özünə orijinal yol seçdi,
heç kəsi təkrar etmədi. Təzə fikirlərinə,
təzə sözlərinə, “Qırıq misralarına”
açılan atəşlərə böyük
cəsarətlə sinə gərdi... Yüksək
şeriyyat Rəsul Rzanın dramaturgiyasında da
hiss olunur. O, burada dramaturqdan çox şairdir, səhnə
qanunlarına riayət etmir, səhnənin çərçivəsinə
yerləşmir, şairanə vüsətlə
qanad açıb uçmaq istəyir.
Sabit Rəhman
“Mənim şair dostum”
Rəsul Rza və Ənvər Məmmədxanlı,
1934
Rəsul Rza bir ömür boyu mənim
üçün nəinki bir dost, bir yoldaş və
böyük qardaş idi, o, eyni zamanda da uşaqlıq
illərindən mənə müəllimlik eləmişdi
və həmişə mənim üçün örnək
olmuşdu. Rəsul Rza həyatında çox ağır
sınaqlara məruz qalmışdı. Çünki
hər bir böyük istedad hər cür bəlanı
özünə doğru çəkən bir maqnit
kimidir, amma Rəsul ömrü boyu çox böyük
sevinclər də duymuşdu, ailəsində həmişə
xoşbəxt olmuşdu, evi qonaqlı və bayramlı
idi, təklikdən qaçırdı, ünsiyyəti
və yumoru sevirdi, fədakarlıq nümunəsi
bir şairə həm həyat, həm qələm
yoldaşı idi ki, bu misilsiz fədakarlıq haqqında
Anar çox dəqiq demişdir: “Atamın yazdığı
hər bir şer, mənim yazdığım hər
bir hekayə - anamın yazmadığı bir şer
və hekayədir”. Rəsul Rza isə dünyaya
dedikləri üzərində deyilməyə macal
tapmadıqlarının da kölgələri dolaşır,
çünki hər bir həqiqi sənətkarların
bədii sözü dünənli, bugünlü,
sabahlıdır, dərinində millidir, rəngində
şəxsidir, ucalığında ümumbəşəridir
və həqiqi poeziya həmişə hərəkətdədir.
Ənvər Məmmədxanlı
İlyas Əfəndiyev, Bayram Bayramov, Rəsul Rza
Heç şübhəsiz ki, Rəsul
Rzanın yaradıcılığı Azərbaycan
Sovet poeziyasında çox görkəmli hadisədir.
Onun şeri bəzən iyirminci əsrin son markalı
döyüş silahı kimi sərrast atəş
açır...O, dövrün, zamanın yüksək
idealını, yüksək duyğularını
işlənilməmiş yeni boyalarla, yeni avazla tərənnüm
edir. Çılpaqlıq, nəsihətçilik, mədhiyyəçilik
onun sənətinə ziddir.
İlyas Əfəndiyev
Onun poeziyasında qılınc kimi kəskin
həqiqətlər vardır. O, heç bir zahiri
gözəlliyə, heç bir zahiri effektə aludə
olmur. Onun patriotizmi mücərrədlikdən, ümumi
sözçülükdən uzaq olub, vətənimizin,
xalqımızın tərəqqisi, xoşbəxtliyi
üçün konkret fəaliyyətlə bağlıdır.
Təsadüfi deyildir ki, bizim mədəniyyətimizin
tarixində Azərbaycan ensiklopediyasını çıxarmaq
işini birinci dəfə Rəsul Rza təşkil
etdi. Onun bu ağır zəhmət tələb
edən tarixi işimizə nə qədər əmək,
nə qədər enerji sərf etdiyi bizə məlumdur.
O, sözün əsl mənasında, şair-vətəndaşdır.
O, heç vaxt şer yazmaq xatirinə yazmır.
İlyas Əfəndiyev
1939-cu ildə Rəsul Azərbaycan Yazıçılar
İttifaqının sədri, mən isə katibi
seçildik. Rəsul Rza yazdığı hər
şerdə, gördüyü bütün işlərdə
həmişə namuslu və sədaqətli olmuş,
xalqın ənənələrinə həmişə
sadiq qalmışdır. Onun şəxsiyyətindəki
xəlqilik köhnəliyə patriarxal tərəfdarlıq
dərəcəsinə qədər çatır.
Lakin bununla belə, o, ənənələrə
qarşı ən cəsarətli davranan şairdir.
Cəfər Cəfərov
Cəfər Cabbarlının 70 illik yubileyi. çıxış
edir Rəsul Rza
Bizim tənqidin novatorluq problemini necə
həll etməsi üzərində dayanmaq lazımdır.
Bu problemdən danışarkən tənqidçilərin
hamısı, Rəsul Rzanın yaradıcılığına
müraciət edirlər. O, bir çox cəhətdən
Sabirə yaxındır...Şer köhnə təşbehlərdən
azad olandan sonra, onu sıxan məhdudluqlardan qurtulandan
sonra, danışıq tərzinə yaxınlaşdı.
Rəsul Rza gözlənilməz şairdir.
Cəfər Cəfərov
O, məndən səkkiz yaş böyükdür.
Cavan vaxtlarımızda bu fərq açıq-aşkar
hiss olunurdu. Münasibətlərdə, söhbətlərdə,
bir sözlə, hər şeydə indi yaşımızın
sürətlə artdığı bir zamanda “səkkizlik
fərq” azalıb, bir daha da yaxınlaşıb
dost, sirdaş, məsləkdaş olmuşuq. Rəsul
Rza poeziyası, sözün əsl mənasında,
yeni, çoxçalarlı, musiqi dili ilə desək,
polifonik poeziyadır. Bu poeziya elementləri, bütün
nüansları ilə mənə yaxın və
doğmadır. Mən Rəsulun şerlərini
dönə-dönə oxuyuram və hər dəfə
onlar mənə yeni görünür. Ona görə
ki, şair yenilik xətrinə yenilik eləmir, formal
axtarışlar aparmır, hər sözü, hər
ifadəni ölçüb-biçir, onları həyatın
öz rəngi, öz səsi, öz nəfəsi
ilə cilalayır. Mənim təsəvvürümdə
Rəsul Rza Azərbaycan poeziyasının, Azərbaycan
mədəniyyətinin fəxridir.
Qara Qarayev
Rəsul Rza yorulmadan və inadla daim yeniləşən
poetik məzmununun yeni formalarını axtarır.
Dünən onun inkişafı üçün stimul
olan hər hansı bir fakt bu gün artıq tarixi
keçmiş sayılır. Rəsul Rza elə sənətkarlardandır
ki, onların yaradıcılığının
qocalmaq və ya kasıblamaq qorxusu yoxdur. Əksinə,
o daim zənginləşir və dünən nail
olduğuna bu gün müdriklik, təmin, müasir
hadisələri düzgün qiymətləndirmək
bacarığı əlavə olunur.
Qara Qarayev
Rəsulla mən 1937-ci ildə tanış
oldum. Elə ilk görüşdən Rəsul Rza
səmimiyyəti, cəsarətliliyi, sözü
açıq deməsi, ağlı ilə məni
cəlb elədi... Rəsulla işləmək xoş
idi, asan idi, çünki başa düşən
adam idi, aydın adam idi. Bir dəfə ona daimi simfonik
orkestr yaratmağın zəruriliyini dedim. Rəsul
bu işdə məni axıradək müdafiə
etdi və orkestrin yaradılması üçün
əlindən gələn bütün imkanları
əsirgəmədi. Bugünkü simfonik orkestrimizin
təməli məhz o vaxt – Rəsul Rzanın filarmoniya
direktoru olduğu vaxt qoyuldu. Ümumiyyətlə,
Rəsulun o illərdə musiqimiz inkişafına
çox faydalı təsirləri, köməyi olub.
Niyazi