|
Rəsul Rza ədəbiyyat aləminə aramla, sakit-səssiz gəlməyib. Dünyaya orijinal baxışıyla, şerinin orijinal quruluşuyla, keçib gedən və yalnız sənətdə əbədiləşən zamana dərin marağıyla o, sanki ədəbiyyat aləminə bir partlayışla atılıb. Təsadüfi deyil ki, Rəsul Rzanın poeziyasına nezər salarkən adamı mat qoyan bir faktla rastlaşırıq. Yarım əsr ərzində, səhv etmirəmsə 50-dən artıq poetik kitab yaradan Rəsul Rza daima özünə sadiq olub. O, həm tematik, həm coğrafı diapozonu etibarilə çox geniş sənətkardır. Və bu vaxt ərzində yer kürəsinin elə bir qaynar nöqtəsi yoxdur ki, şair bu hadisəyə öz orijinal anlayışı və düşüncəsiylə münasibətini bildirməsin. Əgər onun ən yaxşı şerlərini götürsək onlarçün qafıyə gözəlliyi və uyğun vəzn, başqa şairə xas olmayan vəzn səciyyəvidir. O, çox vaxt sərbəst yazır, amma bu sadəcə formal eksperimentçilik deyil. Bu ona görədir ki, poetik fikrin özü ənənəvi şer quruluşunun çərçivəsindən çıxır, genişlənir.
|
|