Xatirələr

 


Rəsul Rza haqqında
məqalələr, çıxışlar


Süleyman Rüstəm “Mənə - onun köhnə dostuna inanın...”

Rəsul haqqında çox danışa bilərəm. Bizi qırx ildən artıq davam edən şəxsi dostluq bağlayır. Bu illər ərzində çox şey olub — qızğın mübahisələr, birgə səfərlər, iş. Bütün bunların arxasında isə bir şey dayanır — Rəsul Rzanın poeziyasına, onun böyük, işıqlı poeziyasına rəğbətim.

Rəsul dərhal nəzərə çarpdı. Azərbaycan poeziyasına 30-cu illərin evvəllərində gəlib artıq bir-iki ildən sonra xalqın ən məşhur və sevimli şairlərindən oldu.

Onun yaradıcılığında ən çox cəlb edən — müdrikliyidir. Rəsul — müdrikdir, amma bu, həyatdan təcrid olunmuş bir öyüdçünün təkəbbürlü. müdrikliyi deyil, həyatın özünün müdrikliyidir. Bir də onun poeziyası əbədi gəncliyi ilə seçilir.

Hələ gəncliyində qocalmış xeyli şair adı çəkmək olar. Belə şairlər bir-iki kitab buraxıb öz nöqsanlarsız ustalığına inanır və özlərindən arxayın olurlar. Bunun Rəsul Rza haqqında heç vechlə demək olmaz. Və məhz bu əbədi gənclik, yorulmaz yaradıcılıq axtarışı onun pocziyasını müasirləşdirir. Yalnız bu günə yox, çox uzaqlara istiqamətləndirir.

Rəsul Rza böyük humanistdir. Onun humanizminin əsasları, qaynaqları şairin xalqla dərin, qırılmaz əlaqəsindədir. Xalqın dərdi — Rəsulun dərdidir, xalqın sevinci — Rəsulun sevincidir. Onun yaradıcılığını həmişə cavan saxlayan və insani edən bax budur.

Rəsul Rzanı tam haqla Azərbaycan ədəbiyyatının nəinki Sovet ittifaqında, həmçinin onun hüdudlarından çox uzaqlarda da səlahiyyətli nümayəndəsi adlandırmaq olar.

Onun "Lenin" poeması isə yalnız şəxsən özünün deyil, bütün Azərbaycan poeziyasının müvəffəqiyyətidir. Həyat kitabının illəri xışıltıyla açılan səhifələr kimi bir-bir ötür. Rəsulun illərinin sayı artıq altmışdır. Onların qırxından çoxu — mübarizə, axtarış, xalqa xidmət illəridir. Bu illər ərzində şair çox iş görüb — onun yaradıcılıq irsi öz tədqiqatçılarını gözləyir. Ancaq o hələ bundan da çox işlər görəsidir: axı Rəsul Rza indi öz yaradıcılığının ustalıq zirvəsindədir. Mənə, onun köhnə dostuna inanın: Rəsul öz istedadını çoxlu pərəstişkarını hələ dönə-dönə heyran qoyacaq və sevindirəcəkdir.

"Molodyoj Azerbaydjana" qəzeti, 18 iyun, 1970.

 

 

 
     
 

Layihənin iştirakçıları