Xatirələr

 


Rəsul Rza haqqında
məqalələr, çıxışlar


Toğrul Nərimanbəyov “Duyğular, düşüncələr şairi”

Mən Rəsul Rzanın poeziyasını çoxdan sevirəm. Daha doğrusu, "Lenin" poeması ilə tanış olan gündən. Son zamanlar onun şerlərini oxumayanda özümdə sanki mənəvi aclıq hiss edirəm. Müasirlik, dərin obrazlılıq, Azərbaycan poeziyasının qabaqcıl ənənələrini yaşatmaq meyli Rəsulun şerlerinin ən yaxşı xüsusiyyətləridir.

Mən qabaqcıl ənənələr deyəndə ən çox milli şerimizdə əsrlərlə hökm sürən dərin ictimai-fəlsəfı mənanı, bəşəri məzmunu nazərdə tuturam. Onun həyala, ətraf aləmə baxışı, araşdırmaları, poetik nəticə çıxarması yenidir, orijinaldır. Bu səbəbdən də Rəsulun obrazlar aləmi belə güclü çıxır. İnsanı düşündürür, həyatın hələ məlum olmayan tərəflərini kəşf etməyə çağırır, istəklərə, arzulara qol-qanad verir. Poetik assosiasiya, hisslərin zənginliyi, əlvanlığı, təravəti, bu poeziyanın beynalxalq aləmə çıxaran başlıca qüvvədir.

Rəsulu oxuyanda hiss edirsən ki, müasir dünyamızı düşündürən problem məsələlər hər dəqiqə onu narahat edir. Şairin duyğu və düşüncələri bəşəri çeşmədən qidalanır. Lakin bu əlamət Rəsulun poeziyasındakı xəlqiliyə, milliliiyə ziyan gətirmir, əksinə, onu yeni-yeni keyfiyyətlərlə zənginləşdirir, inkişaf etdirir, tamaralayır. Rəsul hardan, nədən yazırsa yazsın ilk sətirlərini oxuyan kimi duyursan ki, o azəri şairidir. Bu torpağın oğludur, bu yerin havası ile nəfəs almışdır. Öz milli zəmini üzərində yüksəlmək — sənətkar üçün bundan da böyük xoşbəxtlik olarmı?

Gələcəkdə onun dərin məzmunlu əsərlərinə üllustrasiyalar çəkmek bir rəssam kimi məni çoxdan düşündürür.

 

 

 
     
 

Layihənin iştirakçıları