Azərbaycan sovet şerinin görkəmli
nümayəndələrindən xalq şairi R.Rza
ədəbiyyatımızda zəmanəmizin qabaqcıl
fıkirlərini və böyük ehtiraslarını
əks etdirən bir şair kimi tanınmışdır.
O, otuz ildən artıqdır ki, bədii yaradıcılıqla
məşğul olur və böyük ədəbi
təcrübəyə malikdir. Onun qələmi
ədəbiyyatımıza lirik və epik şerlərdən
tutmuş dram əsərlərinə, publisist və
ədəbi-tənqidi yazılara qədər müxtəlif
janrlarda gözəl nümunələr vermişdir.
Rəsul Rzada müasirlik duyğusu son
dərəcə güclüdür. O, həyat məsələlərinə
qabaqcıl fıkirlərlə, qabaqcıl görüşlərlə
yaxınlaşan, hadisələri qabaqcıllıq
cəbhəsindən qiymətləndirib yazan şairdir.
Bu diqqətəlayiq cəhətdir, çünki
əsl müasirlik yalnız müasir hadisələri,
müasir varlığı qələmə almaqdan
ibarət deyildir. Materialı, mövzusu bu gündən
alınmış, lakin bu günün canlı məsələlərindən,
əhəmiyyətli fıkir cərəyanlarından
uzaq olan əsərlər azdırmı? Rəsul
Rzanın əsərləri əsl mənada müasirdir,
çünki o, yalnız canlı mövzuları
əks etməklə qalmır, həm də bu mövzuları
əsrin fikri səviyyəsindən, qabaqcıl təlsəfi
görüşləri səviyyəsindən əks
edir.
Rəsul Rza yaradıcılığının
əsl mənada müasirlik ruhu şairin mübariz
bir vətəndaş olması, öz vətəndaşlıq
borcunu yüksək tutması ilə bağlıdır.
Hətta o, müxtəlif dövrlərdə, həyatımızdakı
müxtəlif fıkri çarpışmalarda o qədər
fəal və o qədər qəti mövqe tutmuşdur
ki, bəzən, özü də hiss etmədən,
hadisələrin cərəyanı ilə, mübarizənin
qızğınlığı ilə bağlı
olan ifratlara da varmışdir. Lakin onun əsərlərində
bizi düşündürən, bizi rahlandıran
bu ötəri ifratlar deyil, mübarizənin poetik
güzgüdə doğru əks olunan ümumi mənzərəsi,
xalq qəhrəmanlığının, kommunizm
ideallarının qələbə pafosudur.
Fəal vətəndaşlıq duyğusunun
Rəsul Rza yaradıcılığında nə
qədər güclü olduğunu təsəvvür
etmək üçün təkcə Vətən
müharibəsi illərində yazdığı
əsərləri nəzərdən keçirmək
kifayətdir. Bu əsərlərdə çiynində
silah gəzdirən, cəbhələrin yaş səngərlərində
yatıb-qalxan, düşmən toplarının
arasından özünə yol açan, körpə
uşağı bağrına basıb güllədən
qoruyan bir əsgərin qəzəbi, nifrəti və
humanizmi əks olunmuşdur:
Qanlı döyüşlərin keçdiyi
yerdə,
hər qarış torpaqda izləriniz var.
Tarix varaqlansın qoy pərdə-pərdə,
Baş əyməz ölümə mərd yaşayanlar!
Bu şerlərdə saf sevgi, sadiq dostluq, təmiz
ailə, düz ilqar böyük vətəndaşlıq
duyğusunun bir parçası kimi təsvir edilmişdir.
Axı, həqiqi vətəndaş yalnız döyüşlərdə
mərd durmaqla, yalnız əmək cəbhəsində
qələbə ilə kifayətlənmir, o, məhəbbətini
də ləkələnməyə qoymur, sözündə
və ilqarında möhkəmdir, ailəsini sədaqətlə
sevir, onun səadəti üçün çırpınır.
Hər səhər saçını darayan
zaman,
həsrət gözlərinə baxıb aynada
bil ki, səni sevən, sənə inanan
könül ilqarını pozmaz dünyada!
Azərbaycan xalqının son illər tarixində
mərhələ təşkil edən bütün
hadisələr bu ve ya digər şəkildə
Rəsul Rzanın yaradıcılığında
bədii ifadəsini tapmışdır. Bu hadisələrdən
biri də ikinci dünya müharibəsi zamanı
və müharibədən sonrakı illərdə
Cənubi Azərbaycanda ve bütün İranda canlanmış
olan demokratik hərəkat idi. Xalqın azadlıq
və istiqlaliyyət uğrunda mübarizəsi 1945—1946-cı
itlərdə Cənubi Azərbaycanda demokratik dövlətin
yaranması ilə öz zirvəsinə qalxmış
oldu. Varını-dövlətini saxlamaq üçün
çoxları imperialistlərə satılmış
olan İran mürtəceləri iyirminci əsrdə
bir vəhşət təsiri bağışlayan
üsullarla bu hərəkatı qan dəryasında
boğmağa cəhd etdilər. Təbrizdə,
Marağada, Unniyada, Ərdəbildə, Zəncanda,
Qəzvində, Mehabadda dar ağaclarından asılan
igidlərin, çılpaq halda küçələrdə
gəzdirilib əxlaqsız əyyaşlar tərəfindən
təhqir edilən qadınların surəti nəsillərimizin
də yadından çıxmayacaqdır. Satqın
İran hakimləri ele güman edirdi ki, bu vasitələrlə
Azərbaycan demokrat hərəkatının kökünü
kəsəcək, çürük istibdadın ömrünü
uzada biləcəklər. Lakin Cənubi Azərbaycanda
mübarizə qurtarmır, İran torpağının
gah burasından, gah orasından yeraltı alovlar çıxaraq
müstəbidləri və vətən xainlərini
təhdid edib vahiməyə salır. Amerika imperialistlərinə
satılmış şah Təbrizdə yeni qəhrəmanları
dardan asmaqla, satqın Tehran radiosu Azərbaycan xalqının
ən namuslu oğullarını, bütün iranın
istiqlaliyyətini və tərəqqisini ürəkdən
istəyən fədakar mübarizləri "casus" kimi
alçaq sözlərlə ləkələməyə
çalışmaqla sabahın açılmağını
dayandırmaq istəyirlər. Bundan da axmaq təşəbbüs
ola bilməz!
Rəsul Rza Cənubi Azərbaycandakı
böyük və unudulmaz xalq hərəkatına
həsr etdiyi şerlərdə xalqımızın
əsrlik həsrətini, azadlıq uğrunda qəhrəman
mübarizəsini tərənnüm etmişdir.
Odlu ürəklə yazılmış bu şerlər,
müvəqqəti məğlubiyyətlərə
baxmayaraq, xalqın, xalq azadlığının
qələbə çalacağına inamı möhkəmlədir,
oxucuya nikbin duyğular aşılayır.
Ümumiyyətlə Rəsul Rzanın
başqa mövzularda olan şerləri də qızğın
ürəklə yazılmışdır. İfadə
etdiyi fıkirlərə şairin şəxsi inamı
sarsılmazdır, təsvir obyektinə əlaqəsi
canlı və fəaldır. Rəsul Rzanın dünyanı
bədii idrak üsulunun, yazı manerasının
və bədii təsvirlnin xüsusiyyəti belədir:
hər şeydə aydınlıq və qətiyyət!
Dumanlı, dolaşıq münasibət, cürbəcür
yozula biləcək əlaqə ona yabancıdır.
Qeyri-müəyyən mövqe tutmaq onun üçün
hər şeydən çətindir, bəlkə
də mümkün deyil. Rəsul Rza, açıq
fikri istiqaməti olan bir şairdir, bu partiyalı
tendensiyalılıq onun yaradıcılığının
ən qiymətli cəhətlərindən biridir.
Xalqın, xalq həyatının tərəqqi və
inkişafında, böyük tarixi döyüşlərdə,
barışmaz ictimai qüvvələrin çarpışmasında
şairin müəyyən və aydın mövqeyi
vardır.
Rəsul Rza istedadının pərəstişkarları
onun şerlərinə mücərrəd bədii
zövq naminə deyil, vaxt keçırmək üçün
yox, mübarizədə rast gəldikləri bir çox
suallara cavab tapmaq, silahlanmaq, fıkrən və qəlbən
qüvvətli olmaq üçün müraciət
edirlər. Onlar Rəsul Rza sənətini özləri
üçün vəfalı bir dost, ömürlük
mübarizə yoldaşı seçmişlər.
Rəsul Rza ədəbiyyatımızda
novator sənətkardır. O, bədii forma, təsvir
üsulları, obrazlı dil sahəsində cəsarətlə
yeni axtarışlar aparmış və aparmaqdadır.
Bəzən onun axtarışları süni təsir
bağışlasa da, ümumən həm Azərbaycan
klassik şerinin, həm də böyük rus ədəbiyyatının
ayrı-ayrı görkəmli nümayəndələrinin
yenilikçi ənənəsini davam etdirərək,
şablon, trafaret bədii vasitələrə qarşı
çevrilmişdir. Rəsul Rzanın bu axtarışları
getdikcə püxtələşir və arzu edirik
ki o bundan sonra da ədəbiyyatımızı daha
kamil və bitkin nümunələrlə zənginləşdirsin.