Azərbaycan sovet poeziyasının yorulmaz
döyüşçülərindən Rəsul
Rzanın əlli illiyini qeyd edirik. Lakin sən ilk
baxışda Rəsula otuz beş yaş verərsən.
Nədən ki, Rəsul dayanmayıb, durmayıb,
hey gəzib-dolanıb, hey axtarıbdır. O, zahirən
dayananda da, duranda da hey daxili narahatlıq keçiribdir,
axtarıbdır.
Rəsul dağa-daşa dırmanan, Vətənin
gizli sərvətlərini gəzib tapan kəşfıyyatçı
kimi axtarıbdır. Belə bir kəşfıyyatçı,
hey dağa-daşa dırmanar, sıldrım qayalardan,
başı tufanlı dağlardan, dibsiz dərələrdən
qorxmaz, çəkinməz, axtarar. Bu kəşfıyyatçının
əynindəki paltar əzik-üzük olar, ancaq
torbasına Vətən daşı, Vətən
torpağı toplayar. Belə kəşfıyyatçı
ildırımlardan ürküb çəkinməz,
gizlənib tir-tir titrəməz, hey axtarar. O bilir
ki, hamar yolda nə varsa, ya bu yolun yan-yörəsində
nə tapmaq mümkünsə, hamısı tapılıbdır.
Siz deyin, heç belə ildırım odlarından,
yazın gurşadlarından, sel-sularından keçən
kəşfıyyatçı qocalarmı? Kəşfiyyatçı
qocalsa da, dağlarda başına qar yağıbdır.
Mən Rəsul Rzanı axtaran, hey axtaran,
bir çox sərvəti dürüst tapan, bəzən
də tapa bilməyən, ancaq tapa bilmədikdə
həvəsdən düşməyən, "yoruldum"
deməyən bir kəşfıyyatçı kimi,
bir şair kimi təsəvvürümə gətirirəm.
Sənət axtarışdır, kəşfdir.
Qoy axtarış olsun, bəzən bir axtanşdan
torbası dolu dönmək olmasa da axtarış
olsun. Az olsa da yenilik olsun, qığılcım
olsun! Bir az tez, bir az gec o alovlanacaq, şöləsi
ilə aləmi işıqlandıracaqdır. RƏSUL
Rzanın "Lenin" dastanı həmin bu axtarışını
nəticəsi olaraq yaranalı, ətrafını
işıqlandıran, Azərbaycan sovet poeziyasının
şöhrətini aləmə yayan bir dastan, sönməz
əbədi bir məşəldir. Rəsul Rzanın
mövzu dairəsi geniş, yaradıcılığı
əlvandır.
Rəsul Rza şerində razılaşdığımız,
razılaşmadığımız cəhətlər
də olmuşdur. Ancaq bir şey də vardır
ki, bu, yeni-yeni sərvətlər kəşfi naminə
olmuşdur. Qoy olsun, etiraz da olsun, ciddi tənqid də
olsun, ancaq kəşfiyyatçı insan yüksək
amal uğrunda, öz dilək, arzusu uğrunda axtarsın,
dönməsin.
Resul Rza şerində mənim xoşladığım
ümdə cəhət onun şerə gətirdiyi,
gətirməyə çalışdığı
həyatilik və konkretlikdir. Bəlkə də
birisi iddia etsin: həyatilik və konkretlik dedikdə
siz şeri dartıb nəsrə calamaq istəyirsiniz?
Xeyr, əsla! Mən şerin, şeriyyətin tərəfdarıyam.
Ancaq yeni şer, sovet şeri klassik şerdən
bəhrələnməklə bərabər ondan
fərqlənməlidir. Yeni şer həyatı
tərənnüm edən, onu irəliyə aparan
şer olmalıdır. Həyati, konkret şer dedikdə,
biz şerin qartal qanadlarını yoluşdurmaq istəmirik.
Şer buludlara, buludlardan da yuxarıya — aya, ulduza,
günəşə qədər qalxsın! Ancaq
tək özü yox, bizi də oraya qaldırsın.
Budur, Rəsul Rza şerlərindən
bir silsile onun gözəl-göyçək şəkli
ilə birlikdə "Azərbaycan" məcmuəsinin
may nömrəsində çap olunmuşdur. Siz bu
şerləri oxuyun! Bu şerlər Rəsul Rza axtarışlarının
məhsulu kimi qiymətləndirilməlidir. Burada
dərc edilən "Mənim küçəm" şerini
götürün! Götürün dedikdə, mən,
heç də "Bahar məni tanıyır", "Eyfel qülləsi",
"Balaca" şerlərini götürməyin demirəm.
Bu şerlər də mənalı, gözəl,
düşündürücü şerlərdir.
Ancaq "Mənim küçəm" şeri bu silsilədə
mütləq olrmalı idi. "Mənim küçəm"
adlanan şeri bir neçə kərə oxumuşam,
bəyənmişəm. Qurüb-yaradan xalqımızın
eli ilə bütün Bab, bütün Vələn
mülkü dəyişmiş, tərəqqi etmişdir.
Hanı o qupquru tozlu-torpaqlı şəhər?
Baxın görün, Bakıda necə yaşıllıq,
necə ormanlıq, necə də güllük-çiçəklik
yaranmışdır! Necə də heykəllər
ucalmışır! Rəsul Rza bax buranı, bu aləmi
tərənnüm edir. Bizim şöhrətli inşaatçün,
onların əmək poeziyasını tərənnüm
edir, Rəsul Rza, öz axtarıcılıq hissləri
ilə onlara qoşulur, mənən bu quruculuğun
iştirakçısı olur. Şair ricət yolu
ilə köhnə küçəni təsvir edir.
Onun hazırkı vaxtına dönür. 0, Hüsü
Hacıyev küçəsi timsalında küçələrimizin
abadlaşdığını, Bakının böyüdüyünü,
xiyabanların artdığını, şehərin
sanki anadan yenicə doğulduğunu görür.
"Dayanmışam səkidə
Baxıb-baxıb sevinirəm.
İstəyirəm nadinc uşaq kimi
Qaça-qaça
Bu səkidən o səkiyə
O səkidən bu səkiyə keçəm".
Doğrudan da, belədir, bəzən baxırsan
Rəsul Rza nəinki əlli yaşına dolmuş
kimidir, sanki o, 35 yaşlı gəncdir, bir qədər
də “nadinc uşaqdır'”. Sonra şair yenə
də ötən günlərə dönüb,
o başdakı bir ağacı, həmin ağacın
dibinə, qulpu sınıq fıncan ilə su tökdüyünü
xatırlayır. Xatirə içində şair gəncliyinin
gəldiyini görür:
"Birdən baxdım qabaqdan
bir oğlan, bir qız gəlir.
Dodaqlarında
Gəncliyimin təbəssümü".
Biz əlavə edib deyə bilərik, şair, siz
özünüz də gəncsiniz, təbəssümləriniz
də gənclik təbəssümüdür. Biz
də yeni-yeni şerlər, nəğmələr,
poemalar naminə şair Rəsul Rzaya yeni yaradıcılıq
fərəhləri, gənclik təbəssümləri
arzu edirik!