Rəsul Rza haqqında məqalələr, çıxışlar
|
Qara Qarayev “Polifonik poeziya” |
1938-ci il Moskvada Azerbaycan ədəbiyyatı
və incesənəti ongünlüyünün
yekun konserti. Konsertin sonunda "Ürək mahnısı"
kantatası oxundu. Bu, gərək ki, mənim Moskvada
ifa olunan əsərlərimin ilki idi. Bu ilk sevincdən
Rəsııl Rzaya da "pay" düşürdü.
Kantatanın sözlərini o yazmışdı...
1970-ci il Bakıda böyük Lcninin anadan
olmasının 100 illiyinə həsr olunmuş təntənəli
yubiley konsertində "Lenin" plakat-oratoriyası ilk dəfə
çalındı. Məni təbrik etdilər. Mən
də hamıdan xəbərsiz ürəyimdə
Rəsul Rzaya minnətdarlığımı bildirdim.
Oratoriyanı onun "Lenin" poeması əsasında
yazmışdım.
Mən bu iki faktı təsadüfən
xatırlamadım. "İlk" sevinclə "son" sevinci
bir-birindən 32 il ayırır. Bu 32 ildə Rəsul
Rza çox işlər gördü. Sinəsini qabağa
verib poezıyanın sərt; çətin yolları
ilə cəsarətlə irəlilədi.
0, məndən səkkiz yaş böyükdür.
Cavan vaxtlarımızda bu fərq açıq-aşkar
hiss olunurdu. Münasibətlərdə, söhbətlərdə,
bir sözlə, hər şeydə. İndi yaşımızın
sürətlə çoxaldığı bir zamanda
"səkkizillik fərq" azalıb, biz daha da yaxınlaşıb
dost, sirdaş, məsləkdaş olmuşuq. Yaş
fərqini hiss etməmək üçün qaynayıb-qarışmaq
lazım idi. Vaxt bu fərqləri elə asanlıqla,
elə ustalıqla həll edir ki, heç özünün
də xəbərin olmur. Amma qəribə de olsa,
elə anlar var ki, mən birdən-birə aramızdakı
yaş fərqini hiss edirəm. Bu Rəsul Rzaya bir
dost, bir şair kimi hörmətdən, rəğbətdən
irəli gəlir.
Rəsul Rza poeziyası sözün əsl
mənasında yeni, çoxçalarlı, musiqi dili
ilə desək polifonik poeziyadır. Bu poeziya bütün
elementləri, bütün nüansları ilə
mənə yaxın və doğmadır. Hər
defə qəzet və jurnal səhifələrində
onun imzasına rast gələndə sevinirəm.
Mənə elə gəlir ki, 60 yaşlı Rəsul
25-30 yaşlı Rəsul kimi ehtirasla yazır. Bəlkə
də Rəsulun gənc şairlərə qayğı
ilə yanaşması, onların hər yaxşı
şerini oxuyanda ata kimi sevinməsi də buradan irəli
gəlir. Gənclərlə qaynayıb-qarışan,
onların poetik nailiyyətlərini öz nailiyyəti
hcsab edən sənətkarlar heç vaxt qocalmır.
Bunun üçün böyük şair ürəyi
lazımdır.
Onun hər əsərində dünənin,
bu günün, sabahın nəbzi döyünür.
Çoxəsrlik Azərbaycan poeziyasını yeni
elementlərlə, yeni poetik nəfəslərlə
zənginləşdirmək meyli Rəsul poetik inadının
(sözün yaxşı mənasında) gücünü
göstərir. Həraişə narahat, həmişə
axtarışda, həmişə yenilik həsrətində!
Məncə, bunlar Rəsul Rza poeziyasının
əsas xüsusiyyətləridir. Əsl sənətkar
belə də olmalıdır.
Mən Rəsulun şerlərini dönə-dönə
oxuyuram və hər dəfə onlar mənə
yeni görünür. Ona görə ki, şair
yenilik xatirinə yenilik eləmir, formal axtarışlar
aparmır, hər sözü, hər ifadəni ölçüb-biçir,
onları həyatın öz rəngi, öz səsi,
öz nəfəsi ilə cilalayır.
Biz — Rəsulla mən az-az görüşürük.
Çox vaxt telefonla danışmaqla kifayətlənirik.
Amma onun əsərlərini oxuyanda Rəsulu həmişə
öz yanında görürəm. Onun nəfəsini
hiss edirəm.
Rəsul Rzanın əsərləri bir
sıra dillərə tərcümə olunub və
olunur, poeziyası müxtəlif meridianlardan keçib
gedir və çox yerdə özünə pərəstişkar
tapır. Mənim təsəvvürümdə Rəsul
Rza Azərbaycan poeziyasının, Azərbaycan mədəniyyətinin
fəxridir. Belə "təmtəraqlı" sözlərə
görə yəqin ki, Rəsul məndən inciyəcək.
İnanıram ki, xalqımızm sədaqətli
oğlunun əsərlərini gələcək
nəsillər heyranlıqla qarşılayacaq və
böyük şairin yaradıcılığına
pərəstiş edəcəklər.