Rəsul Rza haqqında məqalələr, çıxışlar
|
Səttar Bəhlulzadə “İnsana məhəbbət
poeziyası” |
Lap bu yaxınlarda mən şair Rəsul
Rzanın dahi xalq ədibi Cəlil Məmmədquluzadəyə
həsr etdiyi yeni, poetik silsiləni böyük həvəslə
oxudum. Silsilədə "Kamança" adlı qısa,
lakin çox mənalı, çox təsirli bir şerə
rast gəldirm:
Qulaq asın Cəlilin sözünə!
Nə ədavət saxlayın,
Nə dava-dalaş salın!
İnsanda insan oyadın!
Kamança çalın!
Kim sındırsa kamançanı,
halaldır qanı.
İnsanda insan oyadın! — Mənə belə gəlir
ki, bütün dövrlərde həqiqi incəsənətin,
böyük ədəbiyyat və poeziyanın ən
mühüm yaradıcılıq idealı belə
olmuşdur və indi də belədir.
R.Rza şerinin də ən gözəl
məziyyəti onun dərin insani mündəricəsindədir,
müasirimizin coşğun, aydın hissləri ilə,
gərgin fikir və düşüncələri
ilə aşılanmasındadır. Onun poeziyasının
qəhrəmanı müasir dünyanın həyəcanları,
qayğı və ehtiyacları ilə yaşayır:
insanın diqqətini mühüm, vacib həyat
problemləri ətrafında cəmləşdirir.
Zaman şairin qəhrəmanını yetkinləşdirmiş,
onun bir insan, bir vətəndaş kimi məsuliyyət
duyğusunu gücləndirmişdir. Məhz buna
görə o, daim narahatdır, qəlbi daim çırpınır.
Şerlərin birində bu qəhrəman öz
həyatını çox dəqiq ifadə edərək
deyir:
Məni yatmağa qoymur
Dünyanın dərdi
Torpağın ağrısı.
Bu narahatlığın, bu dərin insani həyəcanın
səbəbi odur ki, R.Rzanın lirik qəhrəmanı
heç vaxt özünü böyük dünyadan
ayırmır. O, torpaqla, insanla vəhdətdir. Buna
görə onun özü barədə "Mən —
torpağam, mən — küləyəm, buludam, işığam,
baharam" deməsi tamamilə təbii və poetikdir;
nıüasir sovet adamının həyat baxışının,
həyat fəlsəfəsinin ifadəsidir. Mənə
bu cəhət xüsusilə xoş gəlir ki,
R.Rzanın qəhrəmanı qabaqcıl şəxsiyyətdir,
həqiqəti mübarizə və çətinliklərdə,
gərgin, yorulmaz axtarışlarda dərk etmiş
və özü üçün aydınlaşdırmış
şəxsiyyətdir. Bu qəhrəman, bu lirik "mən"
ümumbəşəri olduğu qədər də
millidir, Öz xalqının müqəddəratının,
həyat və mübarizə təcrübəsinin
tərcümanıdır:
Mən insanam,
Vətənim var, elim var.
Ən böyük həqiqəti,
azadlığı, məhəbbəti, nifrəti
söyləməyə qadir olan
dilim var.
Mən bir qranitəm ki,
hər parçamda duyulur
bərkliyim,
döyüşdə gərəkliyim,
ülfətdə kövrəkliyim.
Mən insanam, ülfətsiz — Ölərəm,
məbəbbətsiz, nifrətsiz — ölərəm,
...Mən torpağam, nemətimi, varımı
zəhmət sevən insanlarla bölərəm;
Mən ürəyəm, döyünməsəm
ölərəm.
"Mən — torpağam" kitabımın demək olar
ki, bütün şerlərində R.Rzanın tərənnüm
etdiyi insan məhz belə əzəmətli və
gözəldir, ağıllı və yetkindir, həssas
və qayğıkeşdir. Bu insan öz tükənməz,
canlı və fərdi boyaları, xasiyyət və
davramşı ilə, fikir və düşüncələri
ilə şairin "Bir gün də insan ömrüdür",
"Mənim küçəm", ""Pəncərəmə
düşən işıq", "Rənglər", "Təyyarə
düşüncələri", "Vaxt var ikən", "Həyat
düşüncələri" şer və poemaların,
poetik silsilələrinin mərkəzində durur.
Şairin bu insanın zənginliyini, dünya ilə
vəhdətini daha təsirli və ardıcıl
təqdim etmək üçün poeziyanın yeni,
daha müvafıq və daha zəruri imkanlarını
axtarması da, müasir həyatın xarakterinə
cavab verə biləcək ahəngə, obrazlı
təfəkkürə cəhd etməsi də təqdirəlayiqdir,
onun poeziyasının fəallığını
göstərən bir əlamətdir. Ümumi şəkildə
bunu demək olar ki, Rəsul Rzanın axtarışları
varlığı, insanı realist dürüstlüklə
əks etmək, səciyyələndirmək istiqamətindədir.
Onun əsərlərində forma yeniliyi həyata
münasibət yeniliyindən, gerçəkliyi idrak
yeniliyindən, fərdi dünya görüşü
və zövq yeniliyindən qidalanır. Nümunə
olaraq "Bir gün də insan ömrüdür" poemasını
qeyd edə bilərəm. Müasirlərimizin vətəndaş
xarakterini dolğun şəkildə açan bu poema
həyata bədii münasibət yeniliyinin yaxşı
nümunəsidir. Poemada insanın bir günü
təsvir olunur. Lakin bu bir gün nə qədər
zəngin, dramatik və həyəcanlıdır.
Şair bu zənginliyi, dramatizmi və dinamikliyi vermək
üçün real süjetə, yığcam və
dəqiq bədii ümumiləşdirmələrə
müraciət etmişdir. Nəticə etibarilə
poemada həyat və insan ən mühüm xüsusiyyətləri
ilə birlikdə əhatə olunmuşdur.
"Mən — torpağam" kitabı onu deməyə
əsas verir ki, Rəsul Rzanın poeziyası mövzu
cəhətdən, günün hadisələri
ilə səsləşmək, xalq həyatına
dərindən nüfuz etmək cəhətdən
qiymətlidir. Bu, əhatəli poeziyadır. Şair
humanizmi, proletar beynəlmiləlçiliyi ideyalarmı,
dünyanın azadlıq hərəkatını,
ictimai tərəqqini tərənnüm edir, kommunist
ideallarımızın həqiqi gözəlliyi
və gücünü göstərir. Rəsul Rza
novator şairdir. Lakin onun novatorluğu ənənənin
cəsarətli inkişafına əsaslanır;
o, şerimizin hüdudlarını zaman duyğusunun
təsiri ilə genişləndirir. Kitaba maraqlı
müqəddimə yazmış görkəmli sovet
şairi İlya Selvinski doğru olaraq deyir ki, R.Rza
öz xalqının adətlərini çox sevir,
onlarda həqiqi poeziya görür. Rəsul Rzanın
ilk şerlərində bu məhəbbət xüsusilə
aydın meydana çıxırdı. Yetkin şerlərində
isə o sezilməzdir, lakin itməmişdir. Şairin
obrazlarını diqqətlə nəzərdən
keçirdikdə başa düşürsən ki,
bu məhəbbət ancaq yeni forma almışdır".
Yalnız bunu əlavə etmək olar ki, milli varlıqla
xalq həyatı ilə möhkəm bağlılıq
R.Rzanın bütün əsərlərinin mühüm
xüsusiyyətidir.
|
|