Rəsul Rza haqqında məqalələr, çıxışlar
|
Nazim Hikmət
“Dostum Rəsul Rza”
|
Bugünkü poeziya ilə şərab
arasında nəsə bir oxşarlıq var. Belə
ki, şərab nə qədər təzədirsə,
o qədər təravətlidir, yaşı çoxaldiqca,
köhnəldikcə bir o qədər tündləşir.
Bunu tamamilə Azərbaycan şairi Rəsul Rzanın
şerlərinə aid etmək olar.
Mən Rəsul Rzanın 1958-ci ildə
"Qoslitızdat'ın çap elədiyi məcmuəsini
oxumuşam. Burada 1931-ci ildə yazılmış
şerler var. Məsələn, "Bolşevik yazı".
Bu şerlər indiyəcən öz təravətini
itirməyib. İllər keçdikcə onlar yaşlanıb
böyüyür, ancaq köhnəlmirlər. Kitabdakı
son şer 1956-cı ildə yazılıb. Ancaq mən
Rəsul Rzanın lap sonra yazılmış təzə,
canlı şerlərini oxumuşam. İnanıram
ki, bunlardan çoxu 1975-ci ildə də beləcə
təravətli qalacaq.
Azərbaycan ədəbiyyatında gözəl
şairlər çoxdur. Vaqif, Sabir, Vurğun, Süleyman
Rüstəmin şerlərini imzasına baxmadan
əlüstü tanıyırıq. Hətta başqa
dilə çevriləndə belə. Rəsul Rza
da belə şairdir. Onun şerlərini bəyənib
bəyənməmək öz işinizdi, ancaq siz
onun şerlərini başqa şairlərin şeri
ilə qarışdıra bilməzsiniz. Məncə,
şairin şerlərinin bəyənilib bəyənilməməsindən
daha çox, onun özümlü və bənzərsiz
olması gərəkdir. Məni düz başa düşün.
Əsla o fıkirdə deyiləm ki, sənətkarlar
bir-birinə təsir etməməlidir. Yer üzündə
elə bir şair yoxdur ki, o, sevdiyi bir, yaxud bir neçə
şairin təsiri altında olmasın. Rəsul
Rzanın şerlərində də Füzulinin,
Sabirin, Mayakovskinin təsiri görünür. Ancaq
bu təsir öz dərinliyi baxımından çox
müxtəlifdir. 0, hər şeydən öncə
yağışın taxıl zəmisinə etdiyi
təsirə bənzeyir. Yağış dənin
üzərində ona görə qalır ki, onun
cücərib boy atmasına yardım eləsin.
Ötən il Rəsul Rza İraqa getmişdi.
Qayıdanda əlində bir kitab gördüm. Elə
bil şair əlində öz ürəyini aparırdı.
Azərbaycancaya çox, lap çox yaxın olan bu
şerlər İraqda yaşayan türkmənlərin
şerləri idi.
Rəsul Rza xalq və klassik ədəbiyyata
böyük pərəstiş edən bənzərsiz
bir şair, Azərbaycan poeziyasının novatorlarından
biridir. Üç ildir o, Füzuli haqqında böyük
bir poema üzərində işləyir. Axı,
novatorçuluq inkar etməkdən deyil, ədəbi
irsdən bəhrələnrkdən başlayır.
Azərbaycan ədəbi irsində, eləcə
də başqa xalqların— onların içində
birinci sırada rus ədəbi irsində şair
üçün dərin, dəyərli, yararlı
nə varsa Rəsul Rza götürüb bəhrələnir.
Rəsul Rza bugünkü Azərbaycan
poeziyasına şəhərin danışıq
dilini, bu dilin ahəngini gətirib. Danışıq
dili deyəndə Bakı, Kirovabad dialektlərini
nəzərdə tutmuram, bütün Azərbaycan
şəhərlisinin dilini deyirəm. Bu baxımdan
Rəsul Rza Sabir gələnəyinin — ənənəsinin
davamçısıdır. Məgər yaşadığı
çağın poeziyasına şəhərli dilini
Sabir getirməyib? Yeri gəlmişkən, demək
lazımdır ki, Rəsul Rza yaradıcılığı
Sabirdən qeyri-adi şəkildə faydalanmışdır.
Sabir poeziyasındakı satirik elementlər, polemik
kəskinlik, məntiq üstündə satira və
polemika yaratma bacarığı, şer texnikası
Rəsul Rza poeziyasına təbii, orqanik bir şəkildə
təsir edib. Rəsul Rza sözü nə şişirdir,
nə də bayağılaşdırır. O inanır
ki, hər bir söz öz yerində olsa, poeziya bağında
çiçəkləyə bilər. Məzmunu, mövzu
baxımından şerin imkanları nə qədər
hüdudsuzdursa, bu mövzunun ifadəsi üçün
işlənən sözlər də o qədər
sonsuz olmalıdır.
Rəsul Rza şerin texnikasına bir doqmatik
kimi baxmır. O, qafiyəni, ölçünü
rədd etmir, ancaq nəzm aləmindəki qayda-qanunları
da qəbul etmir. Şeri ölçülü də
yazmaq olar, ölçüsüz də, qafıyəli
də, qafıyəsiz də. Bilə-bilə, qəsdən
qafiyəsiz yazmaq və qafkiyə işlətmək
xatirinə qafiyə ilə şer yazmaq ən böyük
formalizmdir. Rəsul Rza qafiyə məsələsini
belə başa düşür: Yorulmadınmı?
Cüt olur qulaqları
insanın,
Nə olsun?
Elə buna görə gərək
bütün sətirləri
divara xalça mıxlayan kimi
qafiyələyək?
Həm də yan-yana,
cüt-cüt.
Şairə yazığın gəlmirsə
oxucuya yazığın gəlsin.
Qoy qulaqları bir az...
Gözləyirsən, deyim:
dincəlsin!
Yox, "sakit olsun".
Belə!
Qafiyəsiz.
Bu sözlərin
elə bilmə
hər cürə qafiyəyə dairdir
Yox.
Qafiyəyə nə gəlib
Axtaran olsun gərək.
Qafiyəyə nə olub
Çeynəyib gövşəməsək.
Onu yaman günə qoyan
Qələmi küt şairdir.
Sözüm belələrinə dairdir.
Dünya ədəbiyyatında bütün xalqların
dilində Lenin haqqında çox şerlər yazılıb.
Bu şerlərin hamısını oxuyub qurtarmağa
insanın ömrü çatmaz. Məncə Rəsul
Rzanın "Lenin" poeması bu mövzuda yazılmış
yaxşı poemalardan biridir.
May ayının on doqquzunda Rəsul Rzanın
50 yaşı tamam olur. Dostuma can sağlığı
diləyirəm.
"Literaturnaya qazeta", may, 1960.